Ayətullah Seyid İbrahim Rəisi
-
Prezident: Bu gün dünya əhalisi dünyada ədalətli sistemin hökm sürməsini istəyir
Məşhəd - İRNA - Prezident deyib: Bu gün dünya əhalisi sionist rejimin cinayətlərinə görə dünyaya hakim olan sistemi ədalətli hesab etmir və hesab edirlər ki, bu sistem transformasiya olunmalı və qlobal ədalət tələb edən bir sistemə çevrilməlidir.
-
Prezident beynəlxalq qurumları və oyaq insan vicdanlarını məzlum Qəzzə əhalisinə kömək etməyə çağırdı
Tehran - İRNA - Prezident sionist rejimin Qəzzənin məzlum əhalisinə yardım edilməsinin qarşısını almasına toxunaraq, bir daha beynəlxalq qurumları və bütün oyanmış insan vicdanlarını humanitar yardımların göndərilməsi və Qəzzə əhalisinin iztirablarının azaldılması üçün zəmin yaratmağa çağırıb.
-
Rəisi: Əgər kimsə İranla qarşılaşmaq istəsə, qarşısında var gücümüzlə dayanacağıq
Prezident televiziya çıxışında vurğuladı: Əgər kimsə İran İslam Respublikası ilə qarşılaşmaq istəsə, biz var gücümüz və qüdrətimizlə onlara qarşı duracağıq, kimsə bizimlə dost olmaq istəsə, biz də onlarla dost olacağıq.
-
Prezident Rəisinin məktəblilərdən ibarət milli voleybol komandasına təbrik mesajı; İran sizin qüdrətli çempionluğunuzla fəxr edir
Tehran - İRNA - İran İslam Respublikasının yeniyetmələrdən ibarət voleybol yığmasını çempionluq münasibətilə təbrik edən prezident İran xalqına, oyunçulara və bu komandada iştirak edənlərə bildirib: İran xalqı sizin layiqli iştirakınız, qürurverici parlaqlığınız və qüdrətli çempionluğunuzla fəxr edir.
-
Prezident Pakistan ordusunun komandanı ilə görüşündə: İran və Pakistan silahlı qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi sülh və sabitlik amilidir
Tehran - İRNA - Pakistan Ordusunun baş komandanı İran İslam Respublikası prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində Ayətullah Rəisini ziyarət edib.
-
Ayətullah Rəisi: İran İslam Respublikası Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir
Tehran - İRNA - İran İslam Respublikasının prezidenti pakistanlı həmkarı ilə görüşündə bildirib ki, İran İslam Respublikası Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və iki ölkə arasındakı ortaq sərhədlərin imkan və fürsətlərindən iki xalqın xeyrinə istifadə edilməsinin vacibliyini vurğulayıb.
-
Prezident: Pakistan və İran xalqlarını ayırmaq üçün heç bir yol yoxdur
Tehran – İRNA - Ayətullah Rəisi İran və Pakistan arasındakı qırılmaz bağa toxunaraq dedi: İran və Pakistan qonşu və müsəlman olmaqla yanaşı, öz əqidələrində və inamlarında qırılmaz bir bağa malikdir və Pakistan xalqı ilə İran xalqı arasında heç bir yolla ayrılıq salmaq mümkün deyil.
-
Pakistanın paytaxtının ən böyük prospektlərindən biri “İran” adı ilə zinətləndi
Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti və Pakistanın Baş naziri görüş və müzakirələrdən sonra İslamabadın ən böyük və əsas prospektlərindən birinə “İran” adının verilməsi abidəsinin açılışını ediblər.
-
Pakistanın Baş naziri: İranla əməkdaşlıq paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər davam edəcək
Tehran - İRNA -Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İran Prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib: “Fələstin məsələsinin ədalətli, ətraflı və davamlı həlli lazımdır. Pakistan Fələstinə dəstəyində şərt qoymur və paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər İranla əməkdaşlığı davam etdirəcək.”
-
İran İslam Respublikası Prezidentinin şəkilləri ilə bəzədilmiş Pakistanın paytaxtı + FOTO
İslamabad - İRNA - Sabah səhər saatlarından etibarən 2 gün ərzində İran İslam Respublikasının Prezidenti və onun başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətini qəbul edəcək Pakistanın paytaxtı gözəl və yaşıl şəhər İslamabad səfərdən bir neçə gün əvvəl ayətullah Rəisinin və Pakistanın baş naziri və prezidentinin plakatları və böyük şəkilləri ilə bəzədilib.
-
Prezident Rəisi Simnan vilayətinə səfər edib
Prezident Ayətullah Seyid İbrahim Rəisi, cümə axşamı (18 aprel 2024) Simnan vilayətinə səfər edib. Prezidentin Simnana səfər proqramında 13-cü hökumətdə vilayətin 200 durğun obyektin yenidən fəaliyyətə başladılması, əhalinin gənclik planı çərçivəsində torpaqların təhvil verilməsinin qeyd edilməsi, su təchizatı ilə bağlı “problemin həlli” iclası, mədənçilik fəaliyyəti və səhmdar zavodlarının işə salınması var.
-
Prezident Rəisi: Əgər İsrail səhv etsə, onu dəhşətli reaksiya gözləyir
Tehran - İRNA - Prezident doğru vəd əməliyyatını məhdud və cəza tədbiri hesab edib və deyib: Əgər sionist rejim torpaqlarımıza ən kiçik bir hücum etsə, onlara qarşı şiddətli və sərt davranılacaq.
-
Prezident Rəisi: Yəmənin təşəbbüsləri balansı Qəzza xalqının xeyrinə təyin edəcək
Tehran - İRNA - Prezident Yəmənin Ali Siyasi Şurasının rəhbəri ilə söhbətində Fələstin xalqının soyqırımını dayandırmaq üçün Yəmənin cəsarətli təşəbbüslərinə toxunaraq dedi: Qəhrəman Yəmən xalqının Fələstin xalqının yanında dayanması və müqaviməti bu xalq qarşı sionist rejimin cinayətlərinin qarşısını almaqda mütləq təsirli olmuş və balansı Qəzzanın məzlum xalqının xeyrinə tənzimləyəcək.
-
Prezident Rəisi: İrana qarşı ən kiçik addım ağrılı cavabla qarşılanacaq
Tehran – İRNA - Prezident Qətər əmiri ilə telefon danışığında vurğulayıb: Artıq rəsmi olaraq elan etdiyimiz kimi, “Doğru vəd” əməliyyatı təcavüzkarın cəzalandırılması məqsədi ilə uğurla həyata keçirilib. İndi biz qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım mütləq onun bütün günahkarlarına qarşı sərt, geniş və ağrılı cavabla qarşılanacaqdır.
-
İran və Pakistan prezidentləri sionist rejimin cinayətlərinin qarşısını almağa səy etməyi vurğulayıblar
Tehran - İRNA - Prezident İslam ümməti gənclərinin müxtəlif fitnələrin, o cümlədən İŞİD fitnəsinin dəf edilməsində iman və qeyrətini yüksək qiymətləndirərək vurğulayıb: “İran və Pakistan arasında münasibətlərin inkişafı müstəmləkəçi güclərin heç də xoşuna gəlmir və onlar fitnə yaratmaqla iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa cəhd edirlər.”
-
Rəisi Həniyyə ilə telefon danışığında: Müqavimət liderləri öz xalqları ilə birlikdə fədakarlığın ön cəbhəsindədirlər
Tehran - İRNA - Prezident Həniyyə ilə telefon danışığında deyib: “Müqavimət liderləri bu fədakarlıqlarla öz xalqları ilə birlikdə Qüdsi-şərifin azad edilməsi üzrə ön cəbhədə dayanıblar.”
-
Rəisi iki xalqın maraqlarını təmin etmək üçün İran-İraq əlaqələrinin gücləndirilməsini vurğulayıb
Tehran - İRNA - Prezident iraqlı həmkarı ilə telefon danışığında sionist rejimin Qəzzə və Fələstində törətdiyi cinayət və qətliam prosesinin dayandırılması üçün İslam ölkələri və ümmətinin səmərəli əməkdaşlığı və səylərinin zəruriliyini vurğulayıb.
-
Rəisi Həniyyə ilə görüşdə: Fələstin ideyasını dəstəkləməyə iftixar edirik
Tehran - İRNA - Prezident deyib: “İran İslam Respublikası Fələstin xalqının hüquqlarını müdafiə etməkdə israrlı olub və Fələstin ideyasına dəstək verməyimizə iftixar edirik.”
-
Rəisi: Sionist rejimlə iqtisadi əlaqələr ona maliyyə dəstəyi deməkdir
Tehran - İRNA - Prezident bəzi İslam ölkələrinin sionist rejimin cinayətkarlığı qarşısında hərəkətsizliyini tənqid edərək deyib: “İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçirilən fövqəladə iclasından indiyədək sionistlərin Qəzzada törətdiyi cinayətlərin dayandırılması üçün heç bir təsirli addım atılmayıb və bəzi region hökumətlərinin sionist rejimlə iqtisadi əlaqələri hələ də davam edir.”
-
Əmir Abdullahiyan Şri-Lanka Prezidenti ilə görüşüb
Tehran - İRNA - Kolomboda səfərdə olan Xarici İşlər naziri bu gün axşam saatlarında Şri-Lanka rəsmiləri ilə görüşlərinin davamında, bu ölkənin Prezidenti ilə görüşüb.
-
Pakistan prezidenti Ayətullah Rəisi və İran xalqına başsağlığı verib
İslamabad - İRNA - Pakistan prezidenti mesajında Kirmanın Şəhidlər Gülzarında törədilən terror partlayışlarını pisləyərək, çoxlu sayda İran vətəndaşının bu cinayətdə şəhid olması ilə bağlı İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisiyə, hökuməti və xalqına başsağlığı verib.
-
İran xalqı terrorun köklərini qurudana qədər mübarizə meydanında olacaq
Tehran - İRNA - Prezident Kirmanda törədilən terror cinayətində bir qrup zəvvarın şəhid olması ilə bağlı başsağlığı verib, hadisədə ziyan çəkənlərin əzablarını yüngülləşdirmək və yaralıları müalicə etmək üçün mümkün qədər tez lazımi tədbirlər görülməsi və şəhid yetişdirən Kirman şəhərində asayiş və əmin-amanlığın bərpa edilməsi ilə bağlı göstərişlər verib.
-
Prezident: Sionist rejim bu cinayətin bədəlini mütləq ödəyəcək
Tehran - İRNA - Prezident, cinayətkar sionist rejimin Dəməşqə raket hücumu nəticəsində sərdar Seyid Rəzi Musəvinin şəhid olması ilə bağlı başsağlığı verib və vurğulayıb: “Şübhəsiz ki, bu hərəkət qəsbkar sionist rejimin regionda məyusluğu, acizliyi və çarəsizliyinin növbəti əlamətidir və bu cinayətin bədəlini mütləq ödəyəcək.”