Tehran - İRNA - Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov çərşənbə axşamı günorta saatlarında Əli Baqiri ilə telefon danışığında Prezident, Xarici İşlər naziri və onları müşayət edən nümayəndə heyətinin şəhid olması ilə bağlı Azərbaycan Respublikası hökuməti və xalqının, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin dərin kədərini ifadə edib və başsağlığı verib.