Bayden
-
Baydenin ABŞ seçkiləri öncəsi "Asiya NATO-su"na tələsməsi
Amerika mediası bildirib ki, Co Bayden Donald Trampla seçki rəqabətindən əvvəl AUKUS təhlükəsizlik paktını genişləndirmək istəyir. Bəzi analitiklər bu paktı “Asiya NATO-su” adlandırır.
-
Onlarla keçmiş amerikalı məmur Baydeni İsrailə qarşı daha qətiyyətli mövqe tutmağa çağırdı
ABŞ-ın 70-ə yaxın keçmiş rəsmisi, diplomatı və hərbi zabiti Co Baydenə göndərdiyi məktubda ondan Qəzzadakı hərəkətlərinə görə İsrailə qarşı daha qətiyyətli mövqe tutmasını istəyib.
-
Baydenin Qəzza xalqı üçün timsah göz yaşları
Tehran - İRNA - Əlcəzairin "Əl-Xəbər" qəzeti ABŞ prezidenti Co Baydenin mübarək Ramazan ayının başlanması ilə bağlı Qəzza xalqına ünvanladığı müraciətini ikiüzlülük adlandıraraq yazıb: “Sionistlərin hücumları nəticəsində Qəzzada dinc insanların həlak olmasından təəssüfləndiyini iddia edən həmin prezident, İsrail ordusuna silah və sursatla dəstək verən şəxsdir.”
-
Baydenin müdafiə nazirinin xəstəliyi və xəstəxanaya yerləşdirilməsi barədə məlumatsızlığı
Tehran - İRNA - Amerika mediaları bildiriblər ki, bu ölkənin prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olub və bir neçə gündən sonra bu məsələ ilə bağlı ona məlumat verilib.
-
Trampın yenidən hökumətə qayıda bilməsi narahatlığı ilə eyni vaxtda Baydenlə Obama görüşüb
Tehran - İRNA - Məlumatlı mənbələrin bildirdiyinə görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama bu yaxınlarda elan edilməmiş bir ziyafətdə Co Baydenlə görüşüb və 2024-cü il Amerika seçkilərində Donald Trampın qalib gələ biləcəyindən narahatlığını bildirib. İRNA-nın bazar günü “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Obama bu yaxınlarda Co Baydenin iştirakı ilə Ağ Evdə keçirilən ziyafətdə iştirak edib ki, seçki kampaniyası ilə bağlı narahatlıq və tövsiyələrini öz keçmiş müavini ilə müzakirə etsin.
-
Kolorado Ali Məhkəməsi Trampın bu ştatda 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etməsini qadağan edib
Tehran - İRNA - Kolorado ştatının Ali Məhkəməsi mübahisəli qərarında Trampın gələn il (2024) keçiriləcək seçkilərdə namizədliyinin bu ştatda konstitusiyanın pozulması səbəbindən qadağan olunduğunu elan edib.
-
İrandan Bayden hökumətinə xəbərdarlıq: ABŞ-ın İsrailə dəstəyinin xərci artır
Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin ABŞ-ın qeyd-şərtsiz dəstəyi olmadan təcavüz etmək gücünə malik olmadığını bəyan edərək, Co Bayden administrasiyasına xəbərdarlıq edib: “Qəzza müharibəsi uzandıqca, Amerikaya bu dəstəyin xərci eksponent olaraq artır. Ya Amerika bu dəstəyi şərtləndirməli və məhdudlaşdırmalıdır, ya da İsrail rəhbərlərinin ambisiyasının qurbanına çevrilməlidir.”
-
Baydenin İran və müqaviməti dayandırmaq siyasəti iflasa uğradı - İranın dəstəyini yüksək qiymətləndiririk
Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Baydenin İran və müqaviməti dayandırmaq siyasətinin iflasa uğradığını bəyan edərək, İran İslam Respublikasına müqavimətə göstərdiyi siyasi, diplomatik və mənəvi dəstəyə görə təşəkkür edib və regionun digər ölkələrini İrandan nümunə götürməyə çağırıb.
-
ABŞ-ın İrana təkrar mesajlarının təfərrüatları, məlumatlı mənbəyə istinadən
Tehran - İRNA - İndiyədək ABŞ-dan İran İslam Respublikasına ikidən çox mesaj, ABŞ və bəzi Qərb ölkələrindən onlarla mesaj regional müqavimət hərəkatlarına, xüsusilə də Livan Hizbullah Hərəkatına çatıb.
-
Amerika Ermənistan və Cənubi Qafqaz üçün hansı planı qurur?
Tehran - İRNA - Bir sıra yüksək vəzifəli Amerika rəsmilərinin Qarabağdakı son hadisələrlə eyni vaxtda Ermənistana səfər etməsi, Rusiyanın bu regionda rolunun zəifləməsi ilə bağlı fərziyyələrlə eyni vaxtda Vaşinqtonun Cənubi Qafqaza yeni müdaxilə planından xəbər verir və bu plan Qafqazın sabitliyini təhlükəli dövrəyə sala bilər.