Tehran - İRNA - Ölkənin Daxili İşlər naziri deyib: “Kirmanda terror hadisəsi günortadan sonra saat 3 radələrində baş verdi, digər zəvvarlar yaralılara kömək etməyə gələndə saat 3:20 radələrində ikinci partlayış baş verdi, şəhid və yaralıların çoxu ikinci partlayışda hadisəyə düçar oldular.”
Daxili İşlər naziri Rask terror hadisəsinin 11 şəhidinin dəfn mərasimində:
Terrorçular şiə və sünni arasında təfriqə salmaqla cəmiyyətə xaos gətirmək istəyirdilər, lakin gənclərimiz ölkənin təhlükəsizliyi üçün çiyin-çiyinə dayandılar. Kor düşüncəli terrorçular bilsinlər ki, bunun sərt qisası alınacaq.