Doğru vəd əməliyyatı
-
General Əmir Əli Hacızadəyə “Fəth” medalı verilib
Ali Baş Komandan Ayətullah Seyid Əli Xamenei bazar günü (6 oktyabr 2024) keçirilən mərasimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadəni "Doğru vəd" əməliyyatı münasibətilə "Fəth" medalı ilə təltif edib. "Fəth" medalı İslam döyüşçülərinin zəfərli əməliyyatlarının və bu əməliyyatların fatehlərinin simvolu olaraq seçilib. Bu medal üç xurma yarpağından və Xürrəmşəhr Məscidinin günbəzindən və İran İslam Respublikasının bayrağından ibarətdir.
-
Həzrət Ayətullah Xamenei: Biz öz vəzifəmizi yerinə yetirməkdə nə yubanırıq, nə də tələsirik
Tehran - İRNA -İslam İnqilabının Rəhbəri vurğuladı: Biz bu vəzifəni yerinə yetirməkdə nə gecikirik, nə də tələsirik. Siyasi və hərbi qərar qəbul edənlərin fikrincə ağlabatan və düzgün olanlar vaxtında ediləcək və lazım gələrsə gələcəkdə də təkrarlanacaqdır.
-
Baqiri: “Doğru vəd” əməliyyatı ilə sionist rejimin saxta caydırıcılığı aradan qalxdı
Tehran – İRNA – Xarici İşlər Naziri vəzifəsini icra edən Baqiri deyib: “Doğru vəd” əməliyyatı ilə təcavüzkarı cəzalandırmaqda İranın təşəbbüsü və qərarı sionist rejimin yöndəmsiz təşəbbüsünü onlar üçün növbəti batışla əvəzlədi və hər kəs bu rejimin ortadan qalxan xəyali və saxta caydırıcılığını gördü.
-
Nəsrullah: İranın “Doğru Vəd” əməliyyatından sonra İsrailin çəkindirmə qabiliyyəti dağıldı
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi bu günkü (bazar ertəsi) çıxışında “Doğru Vəd” əməliyyatından sonra sionist rejimin çəkindirmə gücünün iflasa uğramasından danışdı və vurğuladı ki, əməliyyat sionist rejimin hərbi komandirləri arasında uçurumu daha da dərinləşdirdi və onlar hesab edirlər ki, Netanyahu müharibəni davam etdirməkdə israr edərək İsraili məhv edir.
-
Rəisi: Əgər kimsə İranla qarşılaşmaq istəsə, qarşısında var gücümüzlə dayanacağıq
Prezident televiziya çıxışında vurğuladı: Əgər kimsə İran İslam Respublikası ilə qarşılaşmaq istəsə, biz var gücümüz və qüdrətimizlə onlara qarşı duracağıq, kimsə bizimlə dost olmaq istəsə, biz də onlarla dost olacağıq.
-
İsrail hərbi kəşfiyyatının rəhbəri “Doğru Vəd” əməliyyatından sonra istefa verdi
Tehran - İRNA - İran İslam Respublikası sionist rejimə qarşı “Doğru Vəd” əməliyyatından bir həftə sonra sionist rejimin hərbi kəşfiyyatının rəhbəri Aharon Haliva tutduğu vəzifədən istefa verib.
-
Xarici ölkələrin hərbi mövcudluğu Cənubi Qafqaz regionunda sabitliyə və təhlükəsizliyə töhfə vermir
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası sübut etdi ki, milli təhlükəsizliyin təmin edilməsində heç bir tərəfi nəzərə almayacaq və İran beynəlxalq qanun və qaydalara uyğun olaraq milli təhlükəsizliyi müdafiə etməyə davam edəcək.Cənubi Qafqazda təhlükəsizlik İran diplomatiyasının və digər əlaqəli qurumların mühüm prioritetlərindən biridir və bu məsələ regionun təhlükəsizliyinə təsir edir.
-
Qürurverici “Doğru vəd” əməliyyatından sonra İstanbul əhalisi İrana təşəkkür edib + VİDEO
İstanbul - İRNA - İran İslam Respublikasının İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən izdihamlı ictimai toplantıda bu şəhərin əhalisi sionist rejim və onun havadarlarını pisləməklə yanaşı, işğalçı rejimi cəzalandırdığına görə rəsmi Tehrana təşəkkür ediblər.
-
“Doğru vəd” əməliyyat ilə bağlı İslam İnqilabı liderinin ilk mövqeyi
Tehran - İRNA - Ali Baş Komandan son hadisələrdə göstərilən səyləri və uğurları səmimiyyətlə təqdir etməklə yanaşı, vurğuladı: Silahlı qüvvələr öz qabiliyyət və iqtidarları ilə bağlı yaxşı imici, eləcə də İran xalqının təqdirəlayiq imicini nümayiş etdiriblər və İran millətinin iradə qüdrətinin beynəlxalq aləmdə ortaya çıxması sübuta yetirildi.
-
“Doğru Vəd” əməliyyatı bir milyard yarım müsəlmanın qürurunu bərpa etdi
Ərdəbil - İRNA - Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: “Doğru Vəd əməliyyatı təkcə iranlıların müqəddəs qürurunu deyil, həm də bir milyard yarım müsəlmanın müqəddəs qürurunu bərpa etdi və bütün müsəlmanların qəlbində ümid qığılcımı alovlandı.”
-
Əmir Abdullahian: Kvadrokopterlərin uçuşu oyuncaq kimi idi
Nyu-York - İRNA - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlı deyib: Uçuş iki və ya üç kvadrokopterdən ibarət idi ki, bunlar bizim uşaqlarımızın İranda istifadə etdikləri oyuncaqlar kimidir və heç kimin bizə məlumat vermək istəməsinə dəyməz.
-
Əmir Abdullahian: “Doğru vəd” əməliyyatından əvvəl və sonra biz amerikalılara mesaj göndərdik
Nyu-York - İRNA - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib ki, İran İslam Respublikasında İsrail rejiminə xəbərdarlıq və cəzalandırma qərarı verildiyi üçün biz ABŞ-ı məlumatlandırmışıq: Doğru vəd əməliyyatından sonra cari həftənin bazar günü gecə saat 02:30-da ABŞ-a başqa bir mesaj da göndərdik ki, biz bölgədə gərginliyin artması fikrində deyilik.
-
Prezident Rəisi: Əgər İsrail səhv etsə, onu dəhşətli reaksiya gözləyir
Tehran - İRNA - Prezident doğru vəd əməliyyatını məhdud və cəza tədbiri hesab edib və deyib: Əgər sionist rejim torpaqlarımıza ən kiçik bir hücum etsə, onlara qarşı şiddətli və sərt davranılacaq.
-
İran regionda Qərbin qeyri-qanuni və ərköyün övladını cəzalandırdı - Bundan sonra ən kiçik şər əməliniz sarsıdıcı cavab alacaq!
Tehran - İRNA - İran İslam Respublikasının Bakıdakı səfiri sionist rejimin Azərbaycandakı səfirinin yeni oyununa sərt cavab verib.
-
Əmir Abdullahiyan: İranın Suriyadakı diplomatik məkanına hücumun mənşəyini hədəf aldıq
Tehran - İRNA - Xarici İşlər naziri yaponiyalı həmkarı ilə telefon danışığında deyib: “İranın çox dəqiq və hesablanmış hərbi əməliyyatı ölkəmizin Dəməşqdəki diplomatik məkanına hücumun mənbəyi olan hərbi və kəşfiyyat bazalarına qarşı olub.”
-
Pakistanın müdafiə naziri: İsrailin təcavüzlərinə cavab vermək İranın qanuni haqqıdır
İran İslam Respublikası ilə düşmənçiliklərin səbəbinin sözü gedən ölkənin məzlum Fələstin xalqına dəstək verməsi olduğunu etiraf edən Pakistanın müdafiə naziri vurğulayıb: İsrailin (rejimin) İranın Baş Konsulluğuna hücumu onun ərazi bütövlüyünün pozulmasıdır və buna görə də Tehranın bu pozuntuya qarşı hərəkəti müdafiə xarakterli və mütənasib cavab idi.
-
Malayziyanın baş naziri İranın cəzalandırıcı cavabını qanuni hərəkət adlandırıb
Tehran - İRNA - Malayziyanın baş naziri Ənvər İbrahim İran İslam Respublikasının sionist rejimin aqressiv hərəkətlərinə geniş miqyaslı raket və PUA əməliyyatı ilə cavab verməsinə münasibət bildirərək bunu "qanuni hərəkət" adlandırıb.
-
Prezident Rəisi: Yəmənin təşəbbüsləri balansı Qəzza xalqının xeyrinə təyin edəcək
Tehran - İRNA - Prezident Yəmənin Ali Siyasi Şurasının rəhbəri ilə söhbətində Fələstin xalqının soyqırımını dayandırmaq üçün Yəmənin cəsarətli təşəbbüslərinə toxunaraq dedi: Qəhrəman Yəmən xalqının Fələstin xalqının yanında dayanması və müqaviməti bu xalq qarşı sionist rejimin cinayətlərinin qarşısını almaqda mütləq təsirli olmuş və balansı Qəzzanın məzlum xalqının xeyrinə tənzimləyəcək.
-
Yediot Aharonot sionist rejimin daha bir kəşfiyyat məğlubiyyətini işıqlandırıb
Tehran - İRNA - Sionist Yediot Aharonot qəzeti yazıb ki, İsrail rejiminin hərbi kəşfiyyat idarəsi Suriyada SEPAH komandirlərinin terror edilməsinə cavabın İranın müttəfiqləri vasitəsilə sərt olacağını və bu ölkənin birbaşa hərəkətə keçməyəcəyini təxmin edib, halbuki bu təxmin yanlış idi.
-
Qətər Hava Yolları İrana uçuşları bərpa edib
Tehran - İRNA - Qətər Hava Yolları (Qatar Airways) bazar ertəsi gecə İrana uçuşları bərpa etdiyini açıqlayıb.
-
Təl-Əviv üçün çoxlu sürprizlər hazırlanıb – İran mənəvi və insani dəyərlərə sadiqdir
Tehran – İRNA - Ərəb dünyasının analitiklərindən olan Əbdulbari Ətvan sionist rejimin İrana qarşı hər hansı bir axmaqlıq etməsini bu rejimin sonunun başlanğıcı hesab edib və onun üçün hazırlanmış sürprizləri açıqlayıb.
-
Prezident Rəisi: İrana qarşı ən kiçik addım ağrılı cavabla qarşılanacaq
Tehran – İRNA - Prezident Qətər əmiri ilə telefon danışığında vurğulayıb: Artıq rəsmi olaraq elan etdiyimiz kimi, “Doğru vəd” əməliyyatı təcavüzkarın cəzalandırılması məqsədi ilə uğurla həyata keçirilib. İndi biz qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım mütləq onun bütün günahkarlarına qarşı sərt, geniş və ağrılı cavabla qarşılanacaqdır.
-
Əmir Abdullahiyan: "Doğru Vəd" əməliyyatı Qərbi Asiyada güc balansının yeni tərifini verdi
Tehran - İRNA - Hüseyn Əmir Abdullahiyan İran Silahlı Qüvvələrinə təşəkkür edib, zəfərli “Doğru Vəd” əməliyyatını tanınmış “qanuni müdafiə” prinsipinə əsaslanan addım adlandıraraq bildirib: “Bu dəyərli və mürəkkəb əməliyyat Qərbi Asiya regionunda güc balansının yeni tərifini verdi və ölkəmizin Silahlı Qüvvələrinin çəkindirici gücünü İslamın və İranın düşmənlərinə sübut etdi.”
-
İranın qisas gecəsi və işğal olunmuş ərazilərin sakinlərinin qorxuya düşməsi
Tehran - İRNA – “Washington Post” qəzetinin internet saytı sionist rejimin təcavüzünə cavab olaraq İranın şənbə axşamında keçirdiyi qanuni müdafiə əməliyyatı barədə yazıb: “İşğal olunmuş ərazilərin bəzi sakinləri üçün İranın cavab reaksiyası yuxusuzluq, intizar və gələcək günlərlə bağlı narahatlıq gecəsi idi.”
-
Pakistan İslam Camaatı: Sionist rejimin çəkindirmə qabiliyyəti İranın müdafiə əməliyyatları ilə dağıldı
İslamabad - İRNA - Pakistan İslam Camaatı Partiyasının sədr müavini İran İslam Respublikasının sionist rejimə qarşı hərbi cavabını Tehranın qanuni haqqı hesab edərək deyib: “Tehranın müdafiə əməliyyatları ilə İsrailin çəkindirici gücü dağıldı.”
-
Kövsəri: “Doğru vəd” əməliyyatında sionist rejimə dəyən zərərin miqyasının faktları dərc olunacaq
Tehran - İRNA - İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü deyib: İranın sionist rejimin mövqelərinə raket hücumu xəbərləri, məlumat və faktları xalqa çatdırılacaq ki, İran xalqı bu raket hücumunun zərərləri ilə bağlı xəbər və məlumatların təfərrüatlarından xəbərdar olsun.
-
Sionist media: İranlılar yaxşı anlayıblar ki, hansı əraziləri hədəf almalıdırlar
Tehran - İRNA – Bir sionist media sionist rejimin bu yaxınlarda Dəməşqdəki İran konsulluğuna hücumuna İran İslam Respublikasının raket və PUA-larla verdiyi cavaba işarə edərək, bildirib: İranlılar hansı bölgələri hədəf almalı olduqlarını çox yaxşı anlayıblar.
-
Sionist nazir: Biz HƏMAS, Hizbullah və İran qarşısında məğlub olduq
Tehran - İRNA - Sionist rejimin kabinet nazirlərindən biri bu rejimin HƏMAS, Hizbullah və İran İslam Respublikasına qarşı məğlub olduğunu etiraf edib.
-
Sionist rejimin kimyəvi gübrə yükü İran gömrüyü tərəfindən ələ keçirilib
Tehran - İRNA - İran gömrükçüləri sionist rejimin istehsal etdiyi tranzit kimyəvi gübrə yükünü ələ keçirib.
-
Omanın baş müftisi: İranın cəsarətli cavabı sevindirici oldu
Tehran - İRNA - Oman Sultanlığının baş müftisi Şeyx Əhməd bin Həməd Əl-Xəlili bazar günü gecə İranın sionist rejimin cinayətinə haqq və qanuni cavabını yüksək qiymətləndirib və bunu şücaətli bir hərəkət kimi şərh edib və deyib: Bu addım sevincə səbəb oldu.