Tehran - İRNA - Həsən Fəthinin çəkdiyi “Məste-eşq" (Eşq məsti) filmi İran kinosunun mühüm və beynəlxalq layihələrindən biri olaraq arif və salehlərin sevimli şəxsiyyəti Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin həyatını təsvir edir. Film artıq kinoteatr ekranına çıxmışdır və elə ilk gündə İran kinosunda ən çox satılan filmin rekordunu qırmışdır.