Tehran - İRNA - Prezident Ermənistanın Xarici İşlər naziri ilə görüşdə əcnəbilərin müdaxiləsini regional sülh və sabitliyə zərərli hesab edərək deyib: “İran İslam Respublikası özünün qüdrətli və nüfuzlu mövqeyini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında mövcud olan mübahisələrin həllinə kömək etməyə hazırdır.”