Pakistan
-
Cənab Rəisinin Pakistana son səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün, günortadan sonra Pakistanın Baş naziri cənab Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Pakistan hökumətinə və xalqına göstərdikləri rəğbətə və başsağlığına görə səmimi təşəkkür edərək dedi: “Pakistanla əlaqələr İran İslam Respublikası üçün çox önəmlidir və bu ölkəyə tamamilə qardaşcasına baxışı var, lakin iki ölkə arasında münasibətlər son illərdə eniş-yoxuşlarla müşayiət olunub. Biz inanırıq ki, Pakistanın yeni hökumətində bu münasibətləri yenidən artırmaq imkanı var.”
-
Pakistanın baş naziri İrana yola düşüb
İslamabad – İRNA - Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif bir neçə dəqiqə əvvəl İran İslam Respublikasının Prezidenti və digər rəsmilərin şəhadəti ilə bağlı öz xalqı və hökumətinin başsağlığı və kədərə şərik olma mesajını İran xalqı və hakimiyyət orqanlarına çatdırmaq məqsədi ilə Tehrana yola düşüb.
-
Prezident Pakistan ordusunun komandanı ilə görüşündə: İran və Pakistan silahlı qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi sülh və sabitlik amilidir
Tehran - İRNA - Pakistan Ordusunun baş komandanı İran İslam Respublikası prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində Ayətullah Rəisini ziyarət edib.
-
Ayətullah Rəisi: İran İslam Respublikası Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir
Tehran - İRNA - İran İslam Respublikasının prezidenti pakistanlı həmkarı ilə görüşündə bildirib ki, İran İslam Respublikası Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və iki ölkə arasındakı ortaq sərhədlərin imkan və fürsətlərindən iki xalqın xeyrinə istifadə edilməsinin vacibliyini vurğulayıb.
-
Prezident: Pakistan və İran xalqlarını ayırmaq üçün heç bir yol yoxdur
Tehran – İRNA - Ayətullah Rəisi İran və Pakistan arasındakı qırılmaz bağa toxunaraq dedi: İran və Pakistan qonşu və müsəlman olmaqla yanaşı, öz əqidələrində və inamlarında qırılmaz bir bağa malikdir və Pakistan xalqı ilə İran xalqı arasında heç bir yolla ayrılıq salmaq mümkün deyil.
-
Pakistanın paytaxtının ən böyük prospektlərindən biri “İran” adı ilə zinətləndi
Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti və Pakistanın Baş naziri görüş və müzakirələrdən sonra İslamabadın ən böyük və əsas prospektlərindən birinə “İran” adının verilməsi abidəsinin açılışını ediblər.
-
Pakistanın Baş naziri: İranla əməkdaşlıq paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər davam edəcək
Tehran - İRNA -Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İran Prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib: “Fələstin məsələsinin ədalətli, ətraflı və davamlı həlli lazımdır. Pakistan Fələstinə dəstəyində şərt qoymur və paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər İranla əməkdaşlığı davam etdirəcək.”
-
Pakistanın paytaxtında bir prospekt İranın adını daşıyacaq
İslamabad - İRNA - İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin Pakistana rəsmi səfəri ilə eyni vaxtda və iki ölkə arasında dostluq və qonşuluq əlaməti olaraq, paytaxt İslamabadda bir prospektə “İran” adı veriləcək.
-
Pakistanın xarici işlər naziri Tehranın Fələstinə dəstək mövqeyini yüksək qiymətləndirib
İslamabad - İRNA - Pakistanın xarici işlər naziri İslamabadda İran İslam Respublikası prezidentinin ilk işgüzar səfəri zamanı Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb və rəsmi Tehranın regionda, xüsusilə Fələstinə dəstəkdə tutduğu mövqeyi yüksək qiymətləndirib.
-
İran İslam Respublikası Prezidentinin şəkilləri ilə bəzədilmiş Pakistanın paytaxtı + FOTO
İslamabad - İRNA - Sabah səhər saatlarından etibarən 2 gün ərzində İran İslam Respublikasının Prezidenti və onun başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətini qəbul edəcək Pakistanın paytaxtı gözəl və yaşıl şəhər İslamabad səfərdən bir neçə gün əvvəl ayətullah Rəisinin və Pakistanın baş naziri və prezidentinin plakatları və böyük şəkilləri ilə bəzədilib.
-
Pakistan beynəlxalq ictimaiyyətə müraciət etdi: İsrailin təcavüzü cəzasız qalmamalıdır
İslamabad - İRNA - Pakistanın BMT-dəki daimi nümayəndəsi deyib: İsrailə göstərmək lazımdır ki, qəzzalılara qarşı törətdikləri cinayətlərə görə cazalanacaqlar. Bu səbəbdən dünya ölkələri təcavüzkar hərəkətlərinə görə bu rejimi ticarət və silah embarqosu ilə cəzalandırmalıdır.
-
Pakistanın müdafiə naziri: İsrailin təcavüzlərinə cavab vermək İranın qanuni haqqıdır
İran İslam Respublikası ilə düşmənçiliklərin səbəbinin sözü gedən ölkənin məzlum Fələstin xalqına dəstək verməsi olduğunu etiraf edən Pakistanın müdafiə naziri vurğulayıb: İsrailin (rejimin) İranın Baş Konsulluğuna hücumu onun ərazi bütövlüyünün pozulmasıdır və buna görə də Tehranın bu pozuntuya qarşı hərəkəti müdafiə xarakterli və mütənasib cavab idi.
-
İran və Pakistan prezidentləri sionist rejimin cinayətlərinin qarşısını almağa səy etməyi vurğulayıblar
Tehran - İRNA - Prezident İslam ümməti gənclərinin müxtəlif fitnələrin, o cümlədən İŞİD fitnəsinin dəf edilməsində iman və qeyrətini yüksək qiymətləndirərək vurğulayıb: “İran və Pakistan arasında münasibətlərin inkişafı müstəmləkəçi güclərin heç də xoşuna gəlmir və onlar fitnə yaratmaqla iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa cəhd edirlər.”
-
Qafqazda yeni koalisiyalar; İrəvan və Bakı hansı səmtə gedir?
Tehran - İRNA - Cənubi Qafqaz regionunda yeni ittifaq və koalisiyalar Ermənistanla əməkdaşlığın şaxələndirilməsi siyasəti ilə başlayan yeni hadisələrdən xəbər verir.
-
Pakistan prezidenti Ayətullah Rəisi və İran xalqına başsağlığı verib
İslamabad - İRNA - Pakistan prezidenti mesajında Kirmanın Şəhidlər Gülzarında törədilən terror partlayışlarını pisləyərək, çoxlu sayda İran vətəndaşının bu cinayətdə şəhid olması ilə bağlı İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisiyə, hökuməti və xalqına başsağlığı verib.
-
Daxili İşlər naziri: Pakistan terror qruplaşmalarının bu ölkə ərazisində yuva qurmasına icazə verməməlidir
Əhməd Vəhidi terrorçu qrupların hücumuna məruz qalmış Rask polis qərargahında olub və bu terror cinayətini pisləyərək deyib: “Bura asayiş və təhlükəsizliyi qoruyan bir neçə nəfərin, müstəmləkəçilərə nökərlik edən qorxaq və kor qəlbli terrorçular tərəfindən məzlumcasına şəhid edildiyi yerdir. Fədakarlıq göstərən polis qüvvələrinin müqaviməti nəticəsində terrorçular öz məşum məqsədlərinə nail ola bilmədilər.
-
Pakistan Beynəlxalq Ticarət Sərgisində İranın ticarət potensiallarının izahı
Kəraçi - İRNA - İran İslam Respublikasının özəl sektorundan 5 şirkətin iştirakı ilə Pakistan Beşinci Beynəlxalq Ticarət və Sənaye Sərgisi Kəraçidə dekabrın 14-də başlayıb və sabah, bazar günü başa çatacaq.
-
Pakistan rəsmisi çoxmillətli Qırmızı dəniz qüvvələrində iştirakını təkzib edib
İslamabad - İRNA - Pakistanlı rəsmi ölkəsinin Qırmızı dəniz və ya Ədən körfəzindəki 153-cü birgə əməliyyat qüvvələrində iştirakını təkzib edərək, bu çoxmillətli hərbi birləşmədə iştirakı ilə bağlı xəbərləri əsassız adlandırıb.