Tehran - İRNA - İslami Şura Məclisinin sədri sionist rejimin hücumlarının dərhal dayandırılması, Qəzzaya humanitar yardım göndərilməsi, blokadanın tamamilə aradan qaldırılması və məcburi köçürülmənin qarşısının alınmasını hökumətlərin Fələstinlə bağlı dörd mühüm prioriteti adlandırıb və İranın Fələstin xalqının referendum planını Qəzza və işğal olunmuş ərazilərdəki böhranın yeganə həll yolu hesab edib.