Rəisi
-
Rəisi: Əgər kimsə İranla qarşılaşmaq istəsə, qarşısında var gücümüzlə dayanacağıq
Prezident televiziya çıxışında vurğuladı: Əgər kimsə İran İslam Respublikası ilə qarşılaşmaq istəsə, biz var gücümüz və qüdrətimizlə onlara qarşı duracağıq, kimsə bizimlə dost olmaq istəsə, biz də onlarla dost olacağıq.
-
Rəisi: İqtisadi münasibətlərin yaxşılaşması üçün əsaslar mövcuddur - Putin: İran-Rusiya ticarəti 77% artıb
Tehran - İRNA - Prezident İran və Rusiyanın Şanxay və BRİKS kimi mühüm regional təşkilatlarda iştirakını, həmçinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisi də daxil olmaqla, iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün səylərin göstərilməsini iki ölkə arasında əməkdaşlığının gücləndirilməsi, xüsusilə iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün münasib istiqamətlər hesab edib.
-
Prezident eşitmə qabiliyyəti olmayanlar üzrə futzal milli komandasının çempionluğunu təbrik edib
Tehran - İRNA - Ayətullah Rəisi müraciət ünvanlayaraq Türkiyədə keçirilən 20-ci eşitmə qabiliyyəti olmayanlar üzrə Qış Olimpiya Oyunları-2024 futzal milli komandasının çempionluq qazanmasını təbrik edib, komandanın üzvlərinin və bu işdə zəhməti olanların səylərini yüksək qiymətləndirib.
-
İran Prezidentinin köməkçisi Qətərin Qəzza əhalisinə dəstək mövqeyinə görə təşəkkür etdi
Nyu York - İRNA - İran Prezidentinin qadın və ailə məsələləri üzrə köməkçisi İnsiyyə Xəzəli BMT-nin Nyu-Yorkdakı qərargahında Qətərin Sosial İnkişaf və Ailə naziri ilə görüşündə Qəzza əhalisinə dəstək verməkdə Dohanın mövqeyini təqdir edib, İslam ölkələrinin əməkdaşlığı ilə Qəzzada ən qısa zamanda dərhal atəşkəsin təmin ediləcəyinə ümid etdiyini bildirib.
-
İran Prezidenti daşqından zərər çəkənlərin vəziyyəti ilə tanış olmaq üçün Sistan və Bəlucistandadır
Zahidan - İRNA - Prezident Sistan və Bəlucistanın cənubunda daşqından zərər çəkənlərin vəziyyəti ilə tanış olmaq üçün bir neçə dəqiqə əvvəl Kanarak Hava Limanından bu əyalətə gəlib.
-
İran prezidenti ting əkib
Prezident Ayətullah Seyid İbrahim Rəisi Ağacəkmə Günü və Təbii Sərvətlər Həftəsinin başlanması münasibətilə çərşənbə axşamı (5 mart 2024) səhər saatlarında prezident administrasiyasının ərazisinə bir ting əkib.
-
İran Prezidenti: Bir milyard ağac əkmək hökumətin gündəmindədir
Tehran – İRNA - Prezident Ağacəkmə Günü və Təbii Sərvətlər Həftəsinin başlanması münasibətilə bu səhər ting əkib.
-
İran Prezidenti: Amerika ordusu dünyada ən çox nifrət edilən silahlı qüvvədir
Tehran – İRNA - İran prezidenti Ayətullah Rəisi ABŞ ordusunu dünyanın ən mənfur silahlı qüvvəsi adlandırıb və deyib: Dünyada heç bir orduya xalq tərəfindən bu qədər nifrət edilmir.
-
İran Prezidentinin iştirakı ilə Polis Elmləri Universitetinin məzun mərasimi
Polis Elmləri Universiteti tələbələrinin 46-cı məzun mərasimi Prezident Ayətullah Seyid İbrahim Rəisinin iştirakı ilə bazar ertəsi (4 mart) səhər saatlarında İmam Həsən Müctəba (ə) Universitetində keçirildi.
-
İran Prezidenti: Fələstin məsələsi ilə bağlı maarifləndirmə işi İslam ölkələrində məscidlərin fəaliyyətinin diqqət mərkəzində olmalıdır
Tehran - İRNA - Ayətullah Rəisi vəhdət və birliyi bu gün İslam dünyasının ən vacib ehtiyaclarından biri adlandıraraq deyib: “Bu gün İslam dünyasının, hətta bəşəriyyət dünyasının əsas məsələsi kimi Qəzzada məzlum fələstinli müsəlmanlar haqqında maarifləndirmə işi İslam ölkələrindəki məscidlərin fəaliyyətinin diqqət mərkəzində olmalıdır.”
-
Rəisi: İran və İraqın sərhəd bölgələrində terrorçu qruplarla mübarizə hər iki ölkənin qarşılıqlı fəaliyyətini tələb edir
Tehran - İRNA - Prezident, general Süleymaninin düşmənlərin İraq hökuməti və xalqına qarşı planının qarşısının alınmasındakı tarixi rolunu xatırladaraq, iki ölkə arasında İraq tərəfdən terrorçu və separatçı ünsürlərin İran İslam Respublikasının sərhədlərində tərksilah olunması və mövcudluğu və fəaliyyətinin qarşısının alınması ilə bağlı təhlükəsizlik sazişinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
-
Tunis Prezidenti: Fələstin məsələsində İranla eyni mövqedəyik
Tehran - İRNA - İran Prezidenti tunisli həmkarı ilə görüşündə vurğulayıb: “Sionistlərin cinayətkarlığını dayandırmaq üçün İslam ölkələri bu rejimlə iqtisadi əlaqələrini kəsməlidir.”
-
Rəisi: Bu gün Fələstinlə bağlı susanlar sabah sərt sillə alacaqlar
Tehran - İRNA - Prezident Qəzzada müharibənin davam etməsinə toxunaraq dedi: “Hazırkı müharibə şər cəbhəsi ilə şərəf cəbhəsinin qarşıdurmasıdır. Cəbhənin bir tərəfində amerikalılardan getdikcə daha güclü silahlar və bombalar gözləyən ordu, o biri tərəfində isə bir tikə çörək gözləyən uşaqlardır.”
-
Prezident seçkilərdə kütləvi iştiraka görə İran xalqına təşəkkür edib
Tehran - İRNA - Prezident yazıb: Xalqın seçkilərdə izdihamlı və düşüncəli iştirakı öncəki ilin fitnəsindəki tarixi məğlubiyyətdən sonra anti-humanitar hegemoniya cəbhəsinə qarşı "böyük xeyr" cavabı idi.
-
Rəisi: Qəzzadakı cinayətlərə son qoymağın həll yolu İslam ölkələrinin sionist rejimlə əməkdaşlığını kəsməsidir
Ayətullah Rəisi hökumət heyətinin bugünkü iclasında deyib: “Qəzzada baş verən hadisələr bütün dünya üçün təəssüf və kədər doğurur.”
-
Prezident 14 ildən sonra Əlcəzairə səfər edir
Tehran - İRNA - Prezident rəsmi ikitərəfli görüş keçirmək və həmçinin Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) Rəhbərlərinin yeddinci iclasında iştirak etmək üçün Əlcəzairin paytaxtı Əlcəzairə gedəcək.
-
Rəisi: Qondarma İsrail rejimi məhv olasıdır
Prezident Zəncan xalqı qarşısında: Bu gün yaşadığımız şərait xüsusidir və İslam dünyasında və regionda vəziyyət xüsusi bir vəziyyətdir. Biz bölgənin şərtlərini və vəziyyətini düzgün təhlil etməliyik.
-
Rəisi: Nüvə sənayesi ölkədə yerliləşdirilib
Prezident Zəncan əhalisi qarşısında:
-
Rəisi: Kirman cinayətində əli olan ünsürlərin təhlükəsiz marjası olmayacaq
Tehran - İRNA - Prezident serbiyalı həmkarının telefon zənginə cavabında deyib: “Heç bir gücün heç bir dəstəyi bu cinayətdə əli olan ünsürlər üçün təhlükəsiz marja yarada bilməyəcək.”
-
Rəisi: Fələstində şərafət şərə qalib gəldi
Prezident “Əllahmə Misbah Yəzdinin Düşüncələri” beynəlxalq konqresində: Elə indi, 80 gündən sonra, siyasi-analitik səhnədə arenanı düzgün görmək istəyiriksə, dünyanın bütün mütəfəkkir və siyasətçilərinin fikrincə, meydanın qalibi Fələstindir.
-
Gömrük Xidmətinin rəisi: İranın xarici ticarəti 112 milyard dolları keçib
Semnan - İRNA - İran İslam Respublikası Gömrük Xidmətinin rəisi deyib: “1402-ci hicri-şəmsi ilinin əvvəlindən (21 mart) azərin sonuna kimi (21 dekabr) ölkənin xarici ticarətinin həcmi 112,5 milyard dollar olmuşdur.”
-
Tehranda keçirilən beynəlxalq konfransda;
Rəisi: Qəzza əhalisinin məcburi köçürülməsi Amerikanın gündəmindədir
Tehran – İRNA – Prezident dedi: Qəzza xalqının məcburi köçü amerikalıların gündəmindədir. Bu, Fələstin xalqına qarşı necə ədalətsizlikdir və dünya necə də siyasi oyuna düçar olub!
-
Rəisi Misir prezidenti Əs-Sisi ilə ilk dəfə telefonda danışıb
Prezident Aparatının siyasi işlər üzrə müavini: İran və Misir prezidentləri arasında ilk telefon danışığında prezident Sisini yeni səlahiyyət müddəti münasibətilə təbrik edib.
-
Düşmənlər ölkənin inkişafını dayandırmaq istəyirlər, lakin heç vaxt bacarmayacaqlar
Prezident Gülistan əyalətinin xalqı qarşısında: Birinci onillikdə nizamın qurulmamasını istədilər, uğursuz oldular, ikinci onillikdə nizamın sabitlənməməsini istədilər, uğursuz oldular, üçüncü onillikdə nizamın və inqilabın mesajını dayandırmaq istədilər, lakin uğursuz oldular və bu mesaj bölgədə yayıldı.
-
Əmir Abdullahian Rəisi ilə Putin arasındakı 5 saatlıq müzakirənin təfərrüatlarını aşıqlayıb
Tehran – İRNA - İran İslam Respublikasının xarici işlər naziri Moskvada İran və Rusiya prezidentləri arasında 5 saatlıq məsləhət və dialoqa toxunaraq deyib: Müzakirələrin mühüm hissəsi Fələstin məsələsi üzərində cəmlənib.
-
İran və Rusiya prezidentləri görüşüb
Tehran - İRNA - İran və Rusiya prezidentləri Moskvada görüşüb müzakirə ediblər.
-
Prezident Moskvaya getdi
Tehran - İRNA - Ölkəmizin prezidenti Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətinə başçılıq edərək Moskvaya gedib.
-
Prezidentin iştirakı ilə Tələbə Günü mərasimi
Prezident Ayətullah Seyid İbrahim Rəisi bu gün (6 dekabr) səhər saatlarında 16 Azər Tələbə Günü münasibətilə Şəhid Beheşti Universitetində keçirilən tədbirdə iştirak edib.
-
Rəisi: Regional ticarət rekordu son 40 ildə yenilənib
Tehran - İRNA - İran prezidenti İbrahim Rəisi bu gün Tehranda tələbələrin yığıncağında deyib: Düşmən İran xalqını məyus etmək istəsə də, bu gün bizim 10 min elm əsaslı şirkətimiz var və bu şirkətlərin ixracı 2 milyard dollara çatıb. Biz son 40 ildə regionun ticarətində rekordlar vurmuşuq.
-
Rəisi Putinin rəsmi dəvəti ilə Moskvaya gedir; iqtisadi əməkdaşlıq və Qəzza hadisələr ilə bağlı müzakirə
Tehran - İRNA - Ölkəmizin Prezidenti Seyid İbrahim Rəisi cümə axşamı səhər saatlarında Rusiya Prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyəti ilə birlikdə Moskvaya yola düşəcək.