Suriya
-
Əraqçi: Suriyada qeyri-sabitlik və xaos nə İranın, nə də region ölkələrin heç birinin xeyrinə deyil
Tehran - İRNA - Xarici İşlər Naziri deyib: “Suriyada qeyri-sabitlik və xaos nə İranın, nə də region ölkələrinin heç birinin xeyrinə deyil. İran Suriya cəmiyyətinin bütün siyasi, sosial və sivil spektrlərini və cərəyanlarını təmsil edən inklüziv hökumətin formalaşmasını dəstəkləyir.”
-
Əraqçi: Biz Suriyada inklüziv hökumət qurulmasını istəyirik
Tehran - İRNA - Xarici işlər naziri deyib: Biz Suriya ilə bağlı ətraflı müzakirələr apardıq və biz ərazi bütövlüyü, birlik və bütövlüyün qorunması, bütün etnik qruplara və dinlərə hörmətlə yanaşılması və hökumətin qurulmasında maraqlıyıq. Suriyada ümumi konsensusumuz var. İranın mövqeləri Oman və regionun əksər ölkələri ilə çox oxşardır və biz hamımız Suriyada müstəqillik və sabitlik istəyirik.
-
Rəfiyev: Bakının Dəməşqdəki səfirliyi yenidən açılacaq
Tehran - İRNA - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bazar günü Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşüb və danışıb və Dəməşqdə Azərbaycan Respublikası səfirliyinin fəaliyyətinin bərpa ediləcəyini vurğulayıb.
-
Bəqai: İranla Suriyadakı mövcud hakimiyyət arasında birbaşa əlaqə yoxdur
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Çox əvvəldən Suriya müxalifət hərəkatları ilə əlaqə saxlayırdıq və bildirdik ki, Suriyaya girişimizin səbəbi İŞİD-in irəliləməsinin və terrorun bölgə ölkələrinə yayılmasının qarşısını almaqdır. Amma Suriyadakı mövcud hakimiyyətlə birbaşa əlaqə yoxdur.”
-
Sionist rejim Colaniyə məktub göndərib: Suriyanı tərk etməyəcəyik
Tehran - İRNA - Sionist rejim Dəməşqin yeni iqtidarlarına ünvanladığı məktubda təhlükəsizlik bəhanələri ilə Suriyadakı işğal olunmuş ərazilərindən geri çəkilməyəcəyini açıqlayıb.
-
Sednaya həbsxanasının sirləri
Tehran - İRNA - Əsəd hökumətinin devrilməsi ilə Dəməşqdəki təhlükəsizlik həbsxanalarından biri Əsəd hökumətinin əleyhdarları tərəfindən fəth edildi. Sözügedən həbsxananın qapısının açılması Qərb və Ərəb mətbuatında bu həbsxananın daxilindən bir çox rəvayətlərin danışılmasına səbəb oldu. Bu məqalədə Sednaya həbsxanasının əhvalaıtna oxşar hekayələri olan bəzi məşhur həbsxanaları araşdıracağıq.
-
İran lideri: Suriyada baş verənlər Amerika və sionistlərin birgə planının məhsuludur
Tehran - İRNA - İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın müxtəlif təbəqələrdən ibarət böyük bir qrupu ilə görüşündə deyib: Şübhə yoxdur ki, Suriyada baş verənlərin əsas səbəbi Amerika və İsrailin komandanlıq otağında planlaşdırılıb.
-
HƏMAS Suriyanın Fələstinə dəstəyinin davam edəcəyinə ümid edir
HƏMAS Suriyada baş verən hadisələrlə bağlı yaydığı bəyanatında bildirib: “Biz Suriya xalqını problemlərin öhdəsindən gələrək, Fələstin xalqına və onun müqavimətinə dəstək rolunu davam etdirməyə çağırırıq.”
-
Əraqçi: Astana prosesinin görüşünün davam etdirilməsi İran, Rusiya və Türkiyənin qərarından asılıdır
Tehran - İRNA - Xarici işlər naziri deyib: Astana Prosesi iclasının davamı Suriyadakı hadisələr və İran, Rusiya və Türkiyənin qərarından asılıdır.
-
Pezeşkiyan İranın Suriya hökuməti və xalqına dəstəyinin davam edəcəyini vurğuladı
Tehran - İRNA - Prezident Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasını İranın regional strategiyası hesab edib, Suriya hökuməti və xalqına dəstəyin davam edəcəyini vurğulayaraq deyib: “İnanırıq ki, Suriya bu ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı sionistlərin sui-qəsdlərinə bir daha qalib gələcək və bu yolda biz də Suriya hökumətinin və xalqının yanındayıq.”
-
Pezeşkiyan: Terrorun bölgədə yayılması heç bir ölkənin xeyrinə deyil
Tehran - İRNA - Prezident deyib: “Bölgədə təhlükəsizlik və terrorun yayılması heç bir ölkənin xeyrinə deyil və bu dəhşətli fenomenlə mübarizə aparmaq üçün bölgədəki bütün ölkələr rol oynamalı və iştirak etməlidir.”
-
Rusiya: Bəşər Əsədi dəstəkləməyə davam edirik; Kremlin Trampın BRİKS təhlükəsinə cavabı
Moskva - İRNA - Moskva - İRNA - Kremlin sözçüsü Suriyadakı son hadisələrə və bu ölkənin bəzi bölgələrində terrorçu qrupların hərəkətlərinə toxunaraq bildirib: “Rusiya Suriya Prezidenti Bəşər Əsədə dəstəyini davam etdirir.”
-
İranın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb
Ankara - İRNA - Seyid Abbas Əraqçi bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb və danışıb.
-
İranın Ali Rəhbəri Suriyadakı son hadisələrlə bağlı yazıb
Tehran - İRNA - İranın Ali Rəhbəri internet saytının X sosial şəbəkəsindəki paylaşımında Suriyada terrorçu qrupların yenidən fəallaşması ilə bağlı onun mövqeyini açıqlayıb.
-
Bəqayi: Suriyada terrorçuların mövcudluğunun davam etməsi Amerikanın mövcudluğu ilə bağlıdır
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanın Suriyadakı hərbi mövcudluğu Suriyanın konkret prinsip və qanunlarının pozulmasıdır və terrorçuların Suriyada mövcudluğunun davam etməsi ABŞ-ın bu ölkədə olması ilə bağlıdır.
-
İran səfiri: Suriyada terror hücumlarının başlaması sionist rejimin Livandakı məğlubiyyəti ilə bağlıdır
Tehran - İRNA - İran İslam Respublikasının Suriyadakı səfiri deyib: Təhrir əş-Şam qruplaşmasının Suriyada terror hücumlarına başlamasının sionist rejimin Livandakı məğlubiyyəti ilə birbaşa əlaqəsi var.
-
Əraqçi: İran və müqavimət qrupları Suriyanı dəstəkləyir - Türkiyə ilə ortaq narahatlıqlarımız var
Ankara - İRNA - İran İslam Respublikasının xarici işlər naziri deyib: İran və müqavimət qrupları Suriyanı terrorçulara qarşı dəstəkləyir və bizim Türkiyə ilə ortaq narahatlıqlarımız var və ümid edirik ki, regional sabitlik istiqamətində anlaşma əldə edəcəyik.
-
Bəşər Əsəd: Suriya terror təşkilatlarına qarşı var gücü ilə mübarizəsini davam etdirir
Tehran - İRNA - Suriya prezidenti vurğulayıb ki, Suriya hökuməti, ordusu və xalqı bütün güc və qətiyyəti ilə ölkənin bütün ərazisində terror təşkilatlarına qarşı mübarizəni davam etdirir.
-
Ərəb Liqası Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb
Tehran - İRNA - Ərəb Liqası Suriyanın suverenliyinə hörmət edilməsi və ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayıb.
-
Bəşər Əsəd: İsrail öldürür, ərəblər isə ancaq danışır
Tehran - İRNA - Suriya Prezidenti Bəşər Əsəd bu gün (bazar ertəsi) axşam saatlarında İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası liderlərinin Ər-Riyadda keçirilən iclasında deyib: “Mən fələstinlilərin tarixi və sübuta yetmiş hüquqları və onların qətiliyi, Fələstin və Livan xalqlarını dəstəkləmək borcumuzdan və bu iki ölkədəki müqavimətin legitimliyindən, hətta İsrail işğalçılarının nasizmindən danışmayacağam. Çünki bunlar bütün insanlara bəlli olan məlumatlara heç nə əlavə etməyəcək.”
-
Əl-Mayadin Suriyadakı Amerika hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb
Tehran - İRNA - Əl-Məyadin televiziyası çərşənbə axşamı gecə öz mənbələrinə istinadən, Amerikanın Xarab Əl-Cirdəki hərbi bazasına raket hücumu barədə məlumat yayıb.
-
Nəsrullah: İranın “Doğru Vəd” əməliyyatından sonra İsrailin çəkindirmə qabiliyyəti dağıldı
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi bu günkü (bazar ertəsi) çıxışında “Doğru Vəd” əməliyyatından sonra sionist rejimin çəkindirmə gücünün iflasa uğramasından danışdı və vurğuladı ki, əməliyyat sionist rejimin hərbi komandirləri arasında uçurumu daha da dərinləşdirdi və onlar hesab edirlər ki, Netanyahu müharibəni davam etdirməkdə israr edərək İsraili məhv edir.