Xəzər dənizi
-
Xəzər İqtisadi Konfransı; Qarşılıqlı fayda üçün əməkdaşlıq
Tehran - İRNA - Xəzər İqtisadi Forumunun üçüncü iclası bu gün Tehranda beş ölkənin baş nazirlərinin iştirakı ilə keçirilib. Görünən odur ki, Tehran sammiti regionda iqtisadi və ticarət əməkdaşlığı genişləndirməklə yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə zəmin yarada bilər.
-
İran Xəzər-Fars körfəzi dəhlizində infrastrukturun inkişafına hazır olduğunu elan edib
Tehran - İRNA - Sənaye, Mədən və Ticarət naziri deyib: “İran Xəzər-Fars körfəzi dəhlizinin infrastrukturunu inkişaf etdirməyə və Xəzəryanı ölkələr üçün logistik bazaların və İranın cənub limanlarının istismarı üçün lazımi imkanların yaradılmasına hazır olduğunu elan edir.”
-
Xəzəryanı vilayətlərin valilərinin forumu yaradılsın - Birgə azad ticarət zonalarının yaradılması təklifi
Tehran - İRNA - Birinci vitse-prezident Xəzər dənizi sahili vilayətlərin valilər forumunun yaradılmasını vurğulayaraq deyib: “İran İslam Respublikası bu forumun ilk iclasını 2025-ci ildə özünün Xəzər dənizi sahilindəki sahil vilayətlərinin birində keçirməyə hazırdır.”
-
İran qarşılıqlı fayda əsasında Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyir
Tehran - İRNA - Prezident İran və Türkmənistan arasında elektrik və enerji sahələrində əməkdaşlığa toxunaraq deyib: “İran və Türkmənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın davamlı olaraq keçirilməsi əməkdaşlığın inkişafına böyük töhfə verə bilər.”
-
Xəzər dənizində xilasetmə və təhlükəsizlik üzrə birgə təlim başa çatıb
Rəşt - İRNA - Xəzər Dənizi Birgə Yardım və Xilasetmə təliminin sözçüsü İran İslam Respublikası və Azərbaycan Respublikasının hərbi dəniz birləşmələrinin iştirakı ilə keçirilən bu təlimin İran İslam Respublikasının “Dilman” esminesi qarşısında dəniz paradı ilə başa çatdığını bildirib.
-
İslam Respublikasının Dəniz Qüvvələri dəniz sahəsində hər hansı pozuntuya icazə verməyəcək
Rəşt - İRNA - Xəzər Dənizi Birgə Yardım və Xilasetmə təliminin sözçüsü İslam Respublikasının Dəniz Qüvvələrinin dəniz bölgəsində hər hansı pozuntuya icazə verməyəcəyini vurğulayaraq, İran İslam Respublikası və Azərbaycan Respublikasının hərbi dəniz qüvvələrinin gəmilərinin iştirakı ilə keçirilən sözügedən təlimin davamında havadan çəkiliş (Photo Ex), hücum formalaşdırılması və düzəni təlimi haqqında məlumat verib.
-
Əmir Abdullahiyan qonşuluq siyasəti çərçivəsində İran və Qazaxıstan münasibətlərini vurğulyıb
Tehran - İRNA - Xarici İşlər naziri İran İslam Respublikasının Qazaxıstandakı yeni Baş konsulu ilə görüşündə Qazaxıstan Respublikası ilə qonşuluq siyasəti çərçivəsində əlaqələrin vacibliyini vurğulayıb.
-
Rusiya: Şimal-Cənub dəhlizinin dördüncü marşrutu Ermənistandan İrana keçir
Moskva - İRNA - Rusiya Baş nazirinin müavini Ermənistan Baş nazirinin təklif etdiyi avtomobil və dəmir yolu planını alqışlayaraq deyib: “Bu planın həyata keçirilməsi Şimal-Cənub Dəhlizinin dördüncü addımı kimi maliyyələşdirilir. Bu plan Rusiyanı İran və Fars körfəzi vasitəsilə Hindistan və digər Şərqi və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirir.
-
Əmir Abdullahiyanın Xəzərə aid iclasda təklifləri; İsrailin boykotundan tutmuş əməkdaşlıq katibliyinin yaradılmasına qədər
Moskva - İRNA - İran İslam Respublikası Xarici İşlər nazirinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 12-ci iclasında çıxışı sionist rejimin Fələstində törətdiyi cinayətlərin pislənməsi ilə başladı, bu cinayətlərin qarşısının alınması təklifləri ilə yanaşı, Xəzəryanı qonşuların əməkdaşlığının inkişaf etdirilməsi üçün həll yolları da təqdim olundu.
-
Əmir Abdullahian Moskvada Lavrovla görüşüb
Moskva - İRNA - İranın xarici işlər naziri Rusiya Xarici İşlər Nazirliyində Xəzər dənizi sahilyanı ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində rusiyalı həmkarı ilə görüşüb və danışıb.
-
Xəzəryanı qonşularla danışıqlarda sionist cinayətlərinin dayandırılması üçün həll yollarının axtarılması
Moskva - İRNA - İran İslam Respublikasının xarici işlər naziri deyib: Xəzər dənizi ilə həmsərhəd ölkələrin xarici işlər nazirləri arasında beştərəfli danışıqlardan əlavə, biz Fələstin məsələsi və sionistlərin cinayətlərinin dayandırılmasının təcili həll yolları haqqında danışıqlar aparacağıq.
-
Əmir Abdullahian: Xəzər regionu İranın qonşuluq siyasətində xüsusi əhəmiyyət kəsb edir
Tehran - İRNA - Xarici işlər naziri Xəzər dənizini İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi əhəmiyyət kəsb edən sahilyanı ölkələr arasında çoxtərəfli ticarət əlaqələrinin inkişafı üçün sürətləndirici amil hesab edib.
-
Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək
Moskva - İRNA - İran İslam Respublikasının Moskvadakı səfiri deyib: “Xəzər dənizi sahili ölkələri xarici işlər nazirlərinin illik toplantısı 5 dekabr çərşənbə axşamı Moskvada ölkəmizin xarici işlər naziri doktor Əmir Abdullahiyanın iştirakı ilə keçiriləcək.”
-
General-mayor Baqiri: "Dilman" destroyerinin donanmaya qoşulması ölkənin şimalında daha sabit təhlükəsizliyi təmin edəcək
Rəşt – İRNA – Silahlı Qüvvələrin Baş Qərargah rəisi “Dilman” destroyerinin Şimal Donanması və ordunun Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində deyib: “Dilman” destroyerinin arsenala əlavə edilməsi İran İslam Respublikasının Xəzər dənizindəki strateji hərbi dəniz donanmasının ölkənin şimalında daha sabit təhlükəsizliyi təmin etmək və bu regionda mövcud olan digər ordularla yüksələn əməkdaşlıq imkanlarını artırır.
-
Kənaninin Kamala Harrisə qısa cavabı: Bəsdirin!
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bu günkü mətbuat konfransında ABŞ-nin birinci vitse-prezidentinin son açıqlamasına cavab olaraq deyib: Bəsdirin!
-
Xəzərin suyunun səviyyəsinin azalmasının mənfi təsirləri var
Tehran - İRNA - Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri dəniz ekosistemi və mühitinin məhv edilməsini Xəzər dənizinin su səviyyəsinin azalmasının təsirlərindən biri adlandırıb və bildirib: Xəzər dənizinin xilası bu dənizlə həmsərhəd olan beş ölkənin hər birinin təcili və koordinasiyalı fəaliyyətindən asılıdır.
-
Xəzər dənizi niyə kiçilir?
Tehran - İRNA - Xəzər dənizinin səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və 2023-cü ildə böhranlı vəziyyətə çatıb. Ölkəsinin bu dənizlə ən uzun sahil zolağına malik olan qazax mütəxəssisləri hesab edirlər ki, dünyanın ən böyük gölünün kiçilməsi havanın temperaturunun artması, yağıntıların olmaması və çaylardan gələn axının azalması kimi iqlim dəyişikliklərinin nəticəsidir.
-
Lavrovun Xəzəryanı ölkələrin səfirləri ilə görüşü; Xarici İşlər nazirlərinin görüşünə hazırlıq
Moskva – İRNA – Rusiya Xarici İşlər Nazirliyi 2023-cü il avqustun 18-də Xarici İşlər naziri Sergey Lavrovun Xəzəryanı; İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistanın səfirləri ilə görüşdə iştirak etdiyini açıqlayıb.
-
Avazada Xəzər konfransı – Xəzəryanı ölkələr dəniz suyunun azalmasından narahatdırlar
Tehran – İRNA – Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov Türkmənistanın Milli Turizm Zonası Avazada keçirilən "Xəzər dənizi - Sülh və Dostluq Dənizi" adlı elmi-praktik konfransda bu dənizin ekoloji problemlərindən və suyun səviyyəsinin azalmasından narahatlığını bildirib.
-
Türkmənistan da Şimal-Cənub Dəhlizinə qoşuldu
Tehran - İRNA - Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin üç əsas qurucu ölkəsi olan İran, Rusiya və Hindistanın razılığı ilə İranın şimal qonşusu Türkmənistan da bu layihəyə qoşulub.