Yaxın Şərq
-
Amerika qəzeti: Borel İrana qarşı sanksiyaların artırılmasına qarşı çıxdı
Tehran - İRNA - Amerika qəzeti "Wall Street Journal" Fransa və Almaniyanın regional müttəfiqlərini raket və digər silahlarla təmin etməsi bəhanəsi ilə İrana sanksiya tətbiq etməyə çalışdıqlarını iddia edərək yazıb: “Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi bu hərəkətin əleyhinə çıxıb və yeni sanksiyaları Tehranla diplomatiyanın zəiflədilməsi kimi qiymətləndirib.”
-
Baqiri: Sanksiyaların ləğvi ilə bağlı müzakirələr davam edəcək
Tehran - İRNA - Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini İran və Avropanı maraqlandıran məsələlərin həlli, o cümlədən sanksiyaların ləğvi ilə bağlı danışıqların aparılması üçün müzakirələrin davam edəcəyini bildirib.
-
Rusiyalı ekspert: Rəisinin səfəri Tehran-Moskva münasibətlərində yeni səhifə açdı
Moskva - İRNA - Rusiya Xarici İşlər Nazirliyinə bağlı Moskva Beynəlxalq Münasibətlər İnstitutunun professoru İran Prezidenti ilə rusiyalı həmkarının Kremldəki son görüşünə toxunaraq deyib: “Bu səfər Tehran-Moskva münasibətlərində yeni səhifə açdı.”
-
Türkiyə səfiri Müdafiə Nazirliyində olub – Aştiyani: Tehran-Ankara əməkdaşlığı regiona sabitlik gətirir
Tehran – İRNA – Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri deyib: Ətraf bölgələrdə sabitlik və təhlükəsizlik İran və Türkiyə ölkələri üçün prinsipial əhəmiyyət kəsb edir və təcrübə göstərir ki, iki ölkənin əməkdaşlığı və məsləhətləşmələri regionda tarazlıq, balans və sabitliklə nəticələnir.
-
Əmir Abdullahian: Yaxın Şərq bizim bölgəmizdir – Bizim evimizin asayişini təmin etməkdə heç kimlə kompilimentimiz yoxdur
Ankara - İRNA - Xarici İşlər naziri Qəzzada dərhal atəşkəsə çağırıb və deyib: "Düşməni ağır nəticələr gözləyir". Bura, bizim bölgəmiz və evimizdir, bölgənin və evin təhlükəsizliyini təmin etməkdə heç bir tərəfə güzəştə getmirik.
-
İran İsrail rejimi baş nazirinin son nüvə təhdidi ilə bağlı BMT-yə sərt etiraz edib
Nyu York - İRNA - İranın BMT-dəki səfiri bu təşkilatın Baş katibi, Baş Assambleyası və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, sionist rejiminin baş nazirinin ritorikasını qətiyyətlə pisləyib və bu rejim tərəfindən beynəlxalq qanunların davamlı və açıq şəkildə pozulmasına etiraz edərək bildirib: “Biz milli maraqlarımızı müdafiə etmək üçün qanuni və təbii hüquqlarımızdan istifadə etməkdən çəkinməyəcəyik.”
-
Qazaxıstandan Yaxın Şərq və Afrikaya gedən tranzit yolu İrandan keçir
Tehran – İRNA – Qazaxıstan hökuməti bazar ertəsi günü elan edib ki, bu Mərkəzi Asiya ölkəsi Əbu-Dabi ilə Qazaxıstanın kənd təsərrüfatı məhsullarının #İran və Fars körfəzi limanları vasitəsilə Asiya və Afrikaya daşınmasını asanlaşdıracaq ortaq investisiya yatırımı proqramına başlamaq üçün danışıqlar aparır.
-
Hiroşima və Naqasaki faciəsinin ildönümü; beynəlxalq məhkəmələrdə ABŞ-ın nüvə cinayəti işinin yeri görünür
Tehran - İRNA - Amerika Hiroşima və Naqasakiyə atılan atom bombası fəlakətinin səbəbkarı və insanlara qarşı yeganə nüvə silahı istifadəçisi kimi dünya təhlükəsizliyi ilə bağlı iddialarına baxmayaraq, beynəlxalq təhlükəsizliyə ən böyük təhdid hesab olunur. Onun nüvə cinayətləri ilə bağlı işinin beynəlxalq məhkəmələrdə olmaması, bu məhkəmələrin Vaşinqtonun insanlığa qarşı cinayətlərinə qarşı səmərəsizliyindən xəbər verir.
-
UNCTAD: İran 2022-ci ildə 1,5 milyard dollar birbaşa xarici investisiya cəlb edib - Yaxın Şərqdə 4-cü yerdə
Tehran – İRNA - BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) İranın 2022-ci ildə 1,5 milyard dollar birbaşa xarici investisiya cəlb etdiyini və bu baxımdan İranın dünyada 79-cu, Yaxın Şərqdə isə 4-cü yerdə olduğunu açıqlayıb.