insan hüquqları
-
İran Haaqa Məhkəməsinə məktub göndərib: İsrail rejiminin cinayətlərinə qarşı təcili tədbir görülməlidir
London - İRNA - İranın Hollandiyadakı fövqəladə və səlahiyyətli səfiri Hadi Fərəcvənd Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroruna yazdığı məktubda bu hüquqi qurumdan sionist rejimin cinayətlərinə qarşı təcili tədbirlər görməsini tələb edib.
-
Qəzzənin bombalanmasında 18 fələstinli şəhid olub
Tehran - İRNA - Xəbər mənbələri cümə günü səhər saatlarında bildiriblər ki, sionist rejimin Qəzzənin mərkəzi və cənubuna hava hücumları nəticəsində 18 fələstinlinin şəhid olub.
-
Qəribabadi: Faktaraşdırıcı komitənin hesabatının heç bir hüquqi əsası yoxdur
Tehran - İRNA - İran İnsan Haqları Qərargahının katibi BMT İnsan Haqları Şurasının faktaraşdırıcı qrupunun İran əleyhinə hesabatının hüquqi əsası olmadığını vurğulayaraq deyib: “Qondarma faktaraşdırıcı komitə bilərəkdən faktları əksinə cilvələndirib.”
-
İran nümayəndəsi anti-İran insan haqları hesabatına etiraz edib
Tehran - İRNA - Ölkəmizin BMT İnsan Haqları Şurasındakı insan haqları üzrə attaşesi deyib: “Təəssüf edirik; İrana aid hesabata məsul şəxs İngiltərə hökuməti və digər maraqlı tərəflər vasitəsilə şuraya qoyulan missiyaya haqq qazandırmaq üçün hərəkətə keçməli olan İngiltərə vətəndaşıdır.”
-
Şəfa xəstəxanasında 80 fələstinli həbs edilib - 30 min insanın həyatı risk altındadır
Tehran - İRNA - Sionist rejim ordusu Qəzzanın Şəfa xəstəxanasında 80 fələstinlini həbs etdiyini açıqlayıb.
-
Beynəlxalq Əfv Təşkilatı İsrail rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Tehran - İRNA - Beynəlxalq Əfv Təşkilatı beynəlxalq ictimaiyyəti İsrail rejiminə Qəzza zolağında soyqırım cinayətinin qarşısını almaq üçün Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etmədiyinə görə sanksiya qoymağa çağırıb.
-
Kənani: Sionist rejimi dəstəkləmək insan haqlarının ən açıq şəkildə pozulmasıdır
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi “Qəzza zolağı və Qərbin rüsvaylıq təşti” başlıqlı məqaləsində sionist rejimə dəstək verməyi insan haqlarının ən açıq şəkildə pozulması hesab edib.
-
İran 13 min fələstinli uşağın öldürülməsinə beynəlxalq ictimaiyyətin susmasından narahatlığını ifadə edib
Cenevrə - İRNA - Ədliyyə nazirinin insan haqları üzrə müavini son aylarda 13 min fələstinli uşağın öldürülməsindən narahatlığını ifadə edərək deyib: “İşğalçı rejimin hərbi aparteidi uşaqlara və müdafiəsiz insanlara qarşı misli görünməmiş cinayətlər törətməkdə özünü tamamilə sərbəst və dəstəklənmiş hiss edir.”
-
Kənani: Amerika bütün növ insan haqlarını pozan əsas müttəhimdir
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “Bəşəriyyətin vicdanı və dünya ictimai rəyində Amerika sionist rejimin silahlanmasında iştirakına görə hər cür insan haqları və humanitar qanunların pozulmasının əsas müttəhimidir. Bu ölkənin fələstinlilərə ərzaq göndərmək və ərzaqla təmin etmək səyləri ilə bağlı nümayişkaranə və ikiüzlü hərəkəti ABŞ-ın sionist rejimin hərbi cinayətlərinə hərtərəfli dəstəyinin reallığını azaltmır.”
-
UNICEF: Atəşkəs uşaqları və qaçqınları xilas etmək üçün ən yaxşı seçimdir
Tehran - İRNA - BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında dərhal atəşkəsin vacibliyini vurğulayaraq bildirib ki, atəşkəs bu zolağda insanların həyatını xilas etmək və qaçqınların əziyyətinə son qoymaq üçün ən yaxşı variantdır.
-
Sionist rejimin UNRWA yardım mərkəzinə hava hücumunda 5 fələstinli şəhid olub
Tehran - İRNA - Sionist rejim təyyarələrinin Qəzza zolağının cənubunda Rəfah şəhərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə (UNRWA) bağlı yardım mərkəzinə hücumu nəticəsində 5 fələstinli şəhid olub, onlarla fələstinli yaralanıb.
-
İran XİN: BMT insan hüquqları mexanizmləri bəzi rejimlərin pis və qeyri-qanuni məqsədlərinin oyuncağıdır
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Beynəlxalq faktaraşdırıcı komitə deyilən qurum son hesabatını təqdim etməklə, təsisçilərin gündəliyinə uyğun fəaliyyət göstərdiyini və onlardan maaş aldığını, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mexanizmlərinin bəzi rejimlərin pis və qeyri-qanuni məqsədlərinin oyuncaqları olduğunu göstərdi.”
-
Qəzza əhalisinə kömək üçün İrandan 10 min ton ərzaq və dərman göndərilib
Abadan - İRNA - Qızıl Aypara Cəmiyyətinin sədri deyib: “İndiyədək İran xalqı tərəfindən Fələstin xalqı və qaçqınlara kömək məqsədilə Qəzza zolağına 10 min ton ərzaq, dərman və yaşayış ləvazimatı göndərilib.”
-
Ərəbistan Qəzzaya yardım göstərməkdə UNRWA-nın rolunun ləğvinə qarşıdır
Tehran - İRNA - Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi BMT Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) Qəzza əhalisinə yardımın göstərilməsindəki rolunun aradan qaldırılması səylərinə qarşı çıxıb.
-
Əmir Abdullahiyan BMT İnsan Haqları üzrə Ali Komissarı ilə görüşüb
Cenevrə - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan BMT İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb və müzakirə aparıb.