Bu üçtərəfli görüşü keçirməkdə məqsədimiz ondan ibarətdir ki, praktiki olaraq yüklərin tranzitini əsasən Hindistan və Rusiya kimi böyük ölkələrlə Fars körfəzinin digər ölkələri və Oman dənizi, eləcə də Xəzər dənizinin qərb və şərq qolları ölkələri arasında artıra bilərik.
Üç ölkə arasında bəzi razılaşmalar artıq müqaviləyə çevrilmək üzrədir və sonda icra müqaviləsi bağlanacaq. İcra əməliyyatları ölkədə sürətli və müxtəlif nəqliyyat modelləri, o cümlədən gəmiçilik fəaliyyəti, liman fəaliyyəti, ölkənin limanlarında infrastruktura və yol nəqliyyatına sərmayə yatırmaq şəklində nəzərdən keçirilir.