iqtisadi
-
İran 20 kənd təsərrüfatı məhsulunun istehsalında tək rəqəmli sıralamadadır
Tehran - İRNA - Zəhər və Gübrə İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü İranın kənd təsərrüfatı məhsulları istehsal edən ən yaxşı ölkələrdən biri olduğunu bildirərək deyib: “Ölkəmiz 20 kənd təsərrüfatı məhsulunun istehsalına görə dünyada 1-dən 10-cu qədər yeri tutur.”
-
Əmir Abdullahian: Xəzər regionu İranın qonşuluq siyasətində xüsusi əhəmiyyət kəsb edir
Tehran - İRNA - Xarici işlər naziri Xəzər dənizini İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi əhəmiyyət kəsb edən sahilyanı ölkələr arasında çoxtərəfli ticarət əlaqələrinin inkişafı üçün sürətləndirici amil hesab edib.
-
Cari ilin 8 ayında qeyri-neft ixracının çəkisində 27% artım
Tehran - İRNA - İqtisadiyyat Nazirliyinin açıqlamasına əsasən, bu ilin səkkiz ayında 32 milyard dollardan çox dəyərində 90 milyon ton qeyri-neft ixracımız olub ki, ötən illə müqayisədə çəkidə 27 faiz, dəyər baxımından isə 1,6 faiz artıb.
-
İranın ev sahibliyi ilə ECO Riskcom Regional İnstitutunun 9-cu iclası keçirildi
Tehran - İRNA - ECO Riskkom Regional İnstitutunun yüksək səviyyəli işçi qrupunun IX iclası bu gün (21 noyabr, çərşənbə axşamı) İranın Milli Standartlar Təşkilatının ev sahibliyi və Azərbaycan, Qazaxıstan, Türkiyə, Tacikistan, Pakistan, Özbəkistan, Türkmənistan, İran nümayəndələri və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmilərinin iştirakı ilə keçirilib.
-
Rəisinin 50 ölkə başçısına məktubu: İsraili Qəzzadakı vəhşiliklərini dayandırmağa məcbur edin
Tehran - İRNA - Prezident Rusiya, Çin, Türkiyə, Qazaxıstan, Cənubi Afrika, Keniya və İordaniya da daxil olmaqla 50 ölkənin liderlərinə ünvanladığı məktubda Qəzzada törədilən cinayətləri dayandırmaq üçün müxtəlif iqtisadi və siyasi vasitələrlə bu rejimə təzyiq göstərməkdə azad və müstəqil ölkələrin yekdilliyi və koordinasiyasına çağırıb.
-
Rəisi və Ərdoğan ətraflı müzakirə aparıblar - Riyad sammitində bombardmanı dərhal dayandırmaq və blokadanı aradan qaldırmağın əhəmiyyəti vurğulanıb
Tehran - İRNA - İran və Türkiyə prezidentləri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanda keçirilən sammiti çərçivəsində Fələstin məsələsi ilə bağlı ətraflı danışıqlardan sonra Ər-Riyadda İslam ölkələrin dövlət başçılarının zirvə sammitində praktiki və təsirli qərarların qəbul edilməsinin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, Qəzzanın bombalanması dərhal dayandırılmalı və Qəzzanın blokadasına son qoyulmalıdır.
-
Rəisi: İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti İran tərəfindən qeyd-şərtsiz dəstəklənir
Tehran - İRNA - Prezident İƏT-nin hələ də regionumuzda iqtisadi əməkdaşlığın ən aktual və yetkin mexanizmi olduğunu vurğulayaraq deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti İran tərəfindən qeyd-şərtsiz dəstəklənir.”
-
Rəisi: İran və Özbəkistan arasında əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi üçün hədəf təyin etmək lazımdır
Tehran – İRNA - Prezident İslam, qonşu və müttəfiq ölkələrlə siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri adlandıraraq, müttəfiq ölkələrlə münasibətləri asanlaşdırmaq üçün kontekst yaratmaqda regional təşkilatların mövqeyinin əhəmiyyətinə toxunub və bu təşkilatların imkanlarından İran və Özbəkistan arasında münasibətlər və qarşılıqlı əlaqələrin gücləndirilməsində istifadə edilməsini vurğulayıb.
-
Tehranla İqtisadi Əməkdaşlıq Təşkilatı arasında ticarət dövriyyəsi 10,2 milyard dollara çatıb
Tehran - İRNA - İranın Sənaye, Mədən və Ticarət Palatasının Beynəlxalq Əlaqələr və Ticarətin İnkişafı Komissiyasının sözçüsü bildirib ki, İranın İqtisadi Əməkdaşlıq (Economic Cooperation Organization – ECO) Təşkilatı üzvləri ilə ticarət dövriyyəsi bu ilin 21 martından – 22 oktyabrına kimi 10 milyard 200 milyon dollar təşkil edib.
-
Cari ilin birinci yarısında krevet ixracatında 22%artım - Rusiya, əsas ixrac yeri
Tehran - İRNA - İran Su Məhsulları İstehsalı və Həmkarlar İttifaqının baş katibi deyib: “Bu ilin 6 ayında hədəf ölkələrə 60 milyon dollar dəyərində 13 min 500 ton krevet ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 22%artım göstərir.”
-
Prezident Tacikistan və Özbəkistana gedəcək
Tehran - İRNA - Prezident İmaməli Rəhmanın dəvəti ilə çərşənbə günü 8 noyabrda Tacikistana yola düşəcək.
-
İslam İnqilabının Ali Rəhbəri İraqın Baş naziri ilə görüşündə vurğulayıb: Amerika və sionist rejimə qarşı siyasi təzyiq artmalıdır
Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan əvvəl İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İraq hökuməti və xalqının Qəzzə əhalisinə dəstəkdə yaxşı və güclü mövqelərini yüksək qiymətləndirib, Qəzzə əhalisinin qətliamının dayandırılması üçün İslam dünyasının Amerika və sionist rejimə qarşı siyasi təzyiqlərinin artırılmasının vacibliyini vurğulayaraq deyib: “İraq regionun mühüm ölkəsi olaraq bu sahədə xüsusi rol oynaya, Ərəb və İslam dünyasında yeni bir xətt yarada bilər.
-
Tehran-Moskva ticarət mübadiləsi rekorda imza atdı - Müxbir: Qəzzada baş verən faciələrin yanından asanlıqla keçə bilmərəm
Tehran - İRNA - Birinci vitse-prezident və Rusiyanın Baş naziri keçən il iki ölkə arasında ticarət mübadiləsi rekordunun qırılmasına işarə edərək, iki ölkə arasında bütün sektorlarda iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsinin zəruriliyi vurğulayıblar, qarşıda dayanan maneələrin aradan qaldırılmasını və iki tərəf arasındakı sazişlərinin həyata keçirilməsi prosesinin sürətləndirilməsini istəyiblər.
-
“Qarabağ müharibəsindən sonrakı” dövr regional iqtisadi əməkdaşlıq dövrüdür
Tehran - İRNA - Beynəlxalq məsələlər üzrə ekspert deyib: “Qafqaz regionu ölkələri qəbul ediblər ki, “Qarabağ müharibəsindən sonrakı dövr, iqtisadi əməkdaşlıq dövrü” regional əməkdaşlığın gücləndirilməsi nəticəsində xalqların rifah səviyyəsinin yüksəldilməsi və milli maraqların gücləndirilməsinə yönəlib.”
-
Tehranda 3+3 formatında iclas başlayıb
Tehran - İRNA - Tehranın ev sahibliyi ilə 3+3 formatında xarici işlər nazirlərinin görüşü Xarici İşlər Nazirliyində keçirilib.
-
“3+3” xarici işlər nazirlərinin görüşü sabah Tehranda keçiriləcək
Tehran - İRNA - İranın Xarici İşlər nazirinin ev sahibliyi ilə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ikinci “3+3” iclasında iştirak etmək üçün sabah Tehranda görüş keçirəcəklər.
-
Sionist rejim başçılarının mühakimə olunması üçün məhkəmə qurulması ilə yanaşı siyasi və iqtisadi sanksiya
Ciddə - İRNA - Ölkəmizin Xarici İşlər naziri bildirib: “Rejimə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsi zəruridir. Həmçinin üzvlər sionist rejimin başçıları, pilotları, ordu komandirləri və siyasi məmurlarının mühakimə olunması üçün məhkəmə təşkil etməlidirlər.”
-
İlham Əliyev və Mehrdad Bəzrpaş arasında görüş olub
Bakı - İRNA - Yol və Şəhərsalma naziri, İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş bu gün axşamüstü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb.
-
Zəngilanda Azərbaycan-İran avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib
Tehran - İRNA - Ölkəmizin yol və şəhərsalma naziri və Azərbaycan Respublikası Baş nazirinin müavininin iştirakı ilə Kəlalə-Ağbənd sərhəd rayonunda, Araz çayı üzərində Azərbaycan Respublikası ərazisini Naxçıvan Muxtar Respublikasına birləşdirəcək avtomobil və dəmir yolu körpülərinin tikinti işləri başlayıb.
-
İran-Azərbaycan sərhəd-keçid məntəqəsinin tikintisi başlayacaq
Tehran - İRNA - İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədri kimi Bakıya səfər edən Yol və Şəhərsalma naziri deyib: “Bu səfər zamanı Ağbənd bölgəsində iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanacaq.”
-
3+3 xarici müdaxilə olmadan regional məsələləri həll etmək üçün effektiv mexanizmdir
Tehran - İRNA - Xarici İşlər naziri Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdə İran İslam Respublikasının ölkələrin beynəlxalq sərhədlərinin və ərazi bütövlüyünün qorunub saxlanmasına və regional məsələlərin regional dövlətlər tərəfindən həllinin zəruriliyinə əsaslanan prinsipial və sabit siyasətini vurğulayaraq deyib: “3+3 çərçivəsi regional problemlərin xarici qüvvələrin müdaxiləsi olmadan həlli üçün effektiv mexanizmdir.”
-
Qərbi Azərbaycan valisi: Yaxın vaxtlarda Tehran-Xoy-Ankara qatar xətti həyata keçiriləcək
Urmiya - İRNA - Qərbi Azərbaycan valisi İran və Türkiyənin sərhəd vilayətləri arasında keçirilən iqtisadi əməkdaşlıqların altıncı iclasının müsbət nəticələr verdiyinə işarə edərək deyib: “Urmiya gölünün vəziyyətini nəzərə alaraq, bu gölün şəraitinin yaxşılaşdırılması üçün Türkiyə ilə elmi və icraedici əməkdaşlıq etməyə hazırıq.”
-
İran Ermənistanın ərazi bütövlüyünün qorunmasına yenidən təkid edib
Tehran – İRNA – İranın səfiri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bir daha rəsmi Tehranın Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı aydın mövqeyini vurğulayıb.
-
İran və Türkiyə sərhəd vilayətləri arasında iqtisadi əməkdaşlıq haqda altıncı iclas keçirilib
Urmiya - İRNA - İran və Türkiyənin sərhəd vilayətlərinin 6-cı iqtisadi əməkdaşlıq iclası Van şəhərində ölkəmizin yeganə sərhəd əyaləti kimi Qərbi Azərbaycan və Türkiyənin İğdır, Ağrı, Van və Hakkari vilayətlərinin valilərin iştirakı ilə keçirilib.
-
İran Prezidenti NBC ilə müsahibəsində: Amerika düşmənçilik hərəkətlərindən əl çəkməlidir
Tehran - İRNA - Prezident sərbəst buraxılan valyuta ehtiyatlarının istifadəsi ilə bağlı qərarın İran hökumətinin səlahiyyətində olduğunu bildirərək deyib: “Bu pul xalqa və İslam Respublikasına məxsusdur. Təbii ki, mövcud ehtiyaclara uyğun istifadə olunacaq.”
-
Birgə İqtisadi Komissiya rəhbərlərinin telefon danışığında Tehran və Bakı sazişləri müzakirə olunub
Tehran – İRNA - Yol və Şəhərsalma naziri və Azərbaycan Respublikası Baş nazirinin müavini iki ölkənin Birgə İqtisadi Komissiya rəhbərlərinin iclasının keçirilməsindən məmnun olduqlarını bildirərək, Astarada bu görüş keçirildikdən sonra, rəsmi Tehran və Bakı arasında əlaqələrin inkişafından xəbər veriblər.
-
Səudiyyə Ərəbistanı səfiri: Tehran-Ər-Riyad əlaqələrinin yeni səhifəsi bütün sahələrdə güclü olacaq
Tehran - İRNA - Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri ölkəsinin İran İslam Respublikası ilə əlaqələrində yeni səhifə açmasından məmnunluğunu ifadə edərək, bu əlaqələrin bütün sahələrdə, o cümlədən ticari, iqtisadi və investisiya sahələrində güclü olacağını vurğulayıb.
-
Xanduzi: İxracımızın 50٪ i BRİKS ölkələrinədir
Tehran - İRNA - Hökumətin iqtisadi məsələlər üzrə mətbuat katibi deyib: “Hazırda ixracımızın 50٪ i BRİKS-ə, idxalımızın 53٪ i də bu ölkələrdəndir. Bu müqaviləyə üzv olan ölkələr İrana qarşı sanksiyaları bildikləri halda bizi qəbul ediblər. Ona görə də biz nəinki BRİKS və Şanxay ilə qarşılıqlı fəaliyyətə görə sanksiyalardan narahat olmamalıyıq, həm də bu tədbirlər İranın sanksiyalara məruz qala bilməyəcəyinə dair mühüm mesajdır.”
-
Əmir Abdullahiyan: İƏT liderlərinin qarşıdan gələn sammiti region üçün faydalıdır
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri yazıb: “Qarşıdan gələn İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti yaxınlaşmanın gücləndirilməsi və maksimum iştirakın genişləndirilməsi üçün zəmin yaradılması istiqamətində regionun xeyrinə olacaq.” İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan cümə günü X sosial şəbəkəsində yazıb: “Özbəkistanın müstəqilliyinin ildönümü münasibətilə onun xalqını, hökumətini və Xarici İşlər nazirini təbrik edirəm.”
-
İranın ticarətində qonşuların payı 50٪ə çatıb - 13-cü hökumətdə ixrac imkanları artırılıb
Tehran - İRNA - Qonşularla əlaqələrin inkişafı və təhlükəsiz ticarət yolunun yaradılması 13-cü hökumətin son iki ildə ticarət mübadiləsini genişləndirmək üçün gördüyü tədbirlərdən sayılır. Beləliklə, İranın ümumi ticarətində qonşuların payı 50٪ə çatdı və bu, ölkənin iqtisadi artımına və ixracın artmasına ciddi təsir göstərdi.