6 oktyabr 2023 at 12:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85249204
T T
0 Persons

Tags

İran-Azərbaycan sərhəd-keçid məntəqəsinin tikintisi başlayacaq

6 oktyabr 2023 at 12:42
Xəbər kodu: 85249204
İran-Azərbaycan sərhəd-keçid məntəqəsinin tikintisi başlayacaq

Tehran - İRNA - İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədri kimi Bakıya səfər edən Yol və Şəhərsalma naziri deyib: “Bu səfər zamanı Ağbənd bölgəsində iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanacaq.”

İRNA-nın Yol və Şəhərsalma Nazirliyinə istinadən verdiyi məlumata görə, Mehrdad Bəzrpaş bu səfərin məqsədləri barədə deyib: “İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının çoxsaylı iclaslarının keçirilməsi ilə iki ölkə arasında münasibətlər normal vəziyyətə qayıdır.”

O, əlavə edib: “Bu komissiyanın son vaxtlarda Astara şəhərində keçirdiyi iclasda yaxşı razılaşmalar təsdiqləndi və Azərbaycan Respublikası Baş nazirinin müavininin dəvəti ilə Bakıya səfər edirəm.”

Yol və Şəhərsalma naziri bildirib: “Bu səfərin əvvəlində Ağbənd ərazisində sərhəd-keçid məntəqəsinin tikintisinə başlamaq üçün sərhəd bölgəsinə baxış keçiriləcək. Bu tikinti illərlə gözləmədən sonra bu gün iki ölkənin birgə iqtisadi komissiyasının rəhbərlərinin iştirakı ilə başlayacaq.”

Bəzrpaş deyib: “Layihənin podratçısı təyin edilib və bu layihədə körpünün tikintisinin məsuliyyəti Azərbaycanın, yol çəkilməsinin məsuliyyəti isə İranın üzərinə düşür.”

“Həmçinin, körpünün və dəmir yolu xəttinin tikintisi haqda da razılıq əldə olunub. Azərbaycanın investisiya qoyması ilə və bu ölkə tərəfindən həyata keçirilir”, - deyə Bəzrpaş əlavə edib.

İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədri iki ölkə arasında sərhəd bölgəsində iki bəndin müəyyən edilməsinə toxunaraq deyib: “Bəndlərdən birinin tikintisi başa çatıb, ikinci bənddə 97%fiziki irəliləyiş var və son mərhələdədir.”

Yol və Şəhərsalma naziri İranın Energetika Nazirliyi ilə Azərbaycanın Su və Elektrik Nazirliyi arasında bağlanmış maliyyə razılaşmalarına da toxunaraq deyib: “Bu səfərdə Energetika nazirinin nümayəndəsinin iştirakı ilə bu razılaşmalar izləniləcək və yekunlaşdırılacaq.”

O, qeyd edib ki, İran və Azərbaycan arasında tranzit vəziyyəti, xüsusilə də yüklərin daşınmasının pik günlərində iki ölkənin sərhədlərini keçmək istəyən yük maşınlarının problemlərinin həlli ilə bağlı razılaşmalar əldə olunub və bu səfər zamanı yekunlaşdırılacaq.

İran Prezidentinin mesajının Azərbaycan Prezidentinə çatdırılması

Bəzrpaş deyib: Azərbaycan Prezidenti ilə görüşümdə ölkəmin Prezidentinin mesajını çatdıracağam ki, bu da, iki ölkə arasında münasibətlər yaxşılaşması istiqamətindədir.

Yol və şəhərsalma naziri iki ölkə arasında qədim mədəni yaxınlıqlara diqqət çəkərək deyib: “Siyasi münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün baş vermiş bəzi problemlər də araşdırılır.”

Bəzrpaş daha sonra deyib: “İki ölkənin ticarət balansı son illərdə azalıb və bu, yenidən artırılmalıdır. Bu əlaqələrin böyük bir hissəsi nəqliyyat və tranzitlə bağlı olduğundan, biz bu sahədə müsbət razılaşma ardıncayıq.”

O bildirib: “İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisinin satışına dair üçtərəfli saziş imzalanıb. Bu səfərdə biz bunu yekunlaşdıracağıq ki, üç ölkə arasında elektrik enerjisinin alqı-satqısı prosesi qurulsun. Qeyd olunan iki bəndin tamamlanması da bu prosesin həyata keçirilməsinə kömək edir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .