13 sentyabr 2023 at 13:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85227905
T T
1 Persons

Tags

Səudiyyə Ərəbistanı səfiri: Tehran-Ər-Riyad əlaqələrinin yeni səhifəsi bütün sahələrdə güclü olacaq

Tehran - İRNA - Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri ölkəsinin İran İslam Respublikası ilə əlaqələrində yeni səhifə açmasından məmnunluğunu ifadə edərək, bu əlaqələrin bütün sahələrdə, o cümlədən ticari, iqtisadi və investisiya sahələrində güclü olacağını vurğulayıb.

Ötən axşam Çin Xalq Respublikasının Tehrandakı səfirliyində keçirilən Çin Xalq Cümhuriyyətinin qurulmasının 74-cü ildönümü mərasimində iştirak edən Abdullah bin Səud Əl-Ənzi mərasim çərçivəsində İRNA-nın xarici xəbərlər müxbiri ilə müsahibədə deyib: Allaha həmd olsun ki, Səudiyyə Ərəbistanı Krallığı ilə İran İslam Respublikası arasında münasibətlər bərpa olunub. Bu münasibətlər konstruktiv və möhkəm, ümumi maraqlara, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanacaq. Bu əlaqələr bütün ticari, iqtisadi və investisiya sahələrində güclü olacaq.

Səudiyyəli diplomat həmçinin Çin Xalq Respublikasının Tehran və Ər-Riyad arasında ikitərəfli əlaqələrin bərpasına dair razılığın əldə edilməsində oynadığı konstruktiv rolu yüksək qiymətləndirib və deyib: Bu saziş bir çox sahələrdə ikitərəfli və konstruktiv əməkdaşlığa dair razılaşmaya diqqət yetirir və bu, həm də iki ölkə arasında əməkdaşlığı gücləndirən birgə təhlükəsizlik sazişidir.

O, Tehran və Ər-Riyad arasında razılaşmanın bir çox məsələlərə böyük təsir göstərdiyini və beynəlxalq ictimaiyyət tərəfindən müsbət reaksiya və alqışlarla qarşılanıb. Çünki Səudiyyə Ərəbistanı Krallığı ilə İran İslam Respublikası arasında iki qonşu və regionun mühüm ölkəsi kimi hər hansı saziş, regionda sülh və təhlükəsizliyi gücləndirəcək və iki ölkə xalqlarının firavanlığına nail olmağa kömək edəcək.

Abdullah Bin Səud Əl-Ənzi həmçinin xatırladıb ki, Səudiyyə Ərəbistanı kralı İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisini Ər-Riyada səfərə dəvət edib və Allahın izni ilə bu səfər İran prezidentinin iş qrafiki əsasında və uyğun zamanda həyata keçiriləcək.

Abdullah Bin Səud Əl-Ənzi bu ayın 5-də Tehrana gəlib və həftənin bazar günü (10 sentyabr) etimadnaməsinin surətini İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyana təqdim edib.

İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr son aylarda Çinin vasitəçiliyi ilə bərpa edilib.

Bundan əvvəl İran İslam Respublikasının Səudiyyə Ərəbistanı Krallığında yeni səfiri Əlirza İnayəti 5 sentyabr 2023-cü il çərşənbə axşamı günortadan əvvəl Ər-Riyada getmiş və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmiləri və İran İslam Respublikasının Ər-Riyaddakı səfirliyinin əməkdaşları tərəfindən qarşılanıb.

İran və Səudiyyə Ərəbistanı aralarındakı münasibətləri səfirlik səviyyəsinə yüksəltməklə, iki ölkə yeddi ildən sonra münasibətlərini rəsmi olaraq ən yüksək səviyyədə bərpa edib.

1 Persons

Sizin rəyiniz

You are replying to: .