Rusiya hökuməti yaydığı bəyanatda bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın Neft naziri Möhsin Paknejd danışıqlar zamanı Rusiyadan İrana yeni quru qaz marşrutlarının tikintisi üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.
Bəyanatda deyilir: “Aleksandr Novak Rusiyanın Avrasiya İqtisadi İttifaqı ilə İran arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməyə hazır olduğunu qeyd edib və tərəflər həmçinin Rusiyadan İrana yeni quru qaz marşrutlarının çəkilməsi üzrə birgə layihələr üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.
Tərəflər həmçinin OPEC+ və Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində Rusiya ilə İran arasında uğurlu qarşılıqlı fəaliyyəti vurğulayıblar.”
Sizin rəyiniz