Sionist rejim başçılarının mühakimə olunması üçün məhkəmə qurulması ilə yanaşı siyasi və iqtisadi sanksiya

Ciddə - İRNA - Ölkəmizin Xarici İşlər naziri bildirib: “Rejimə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsi zəruridir. Həmçinin üzvlər sionist rejimin başçıları, pilotları, ordu komandirləri və siyasi məmurlarının mühakimə olunması üçün məhkəmə təşkil etməlidirlər.”

Əmir Abdullahiyan deyib: “Sionist rejimin ötən gecə 2000-ə yaxın günahsız insanın şəhadətinə səbəb olan hərəkəti heç bir məntiqə uyğun gəlmir. Müqavimətin Qəzzadakı soydaşlarına qarşı belə təkmil bombadan istifadə etməsinə kim inanır?”

Xarici İşlər naziri vurğulayıb: “Şübhəsiz ki, Əl-Əqsa Tufanı əməliyyatı Fələstin məsələsinin gündəmdə olduğunu sübut etdi. Əl-Əqsa Tufanından sonra Fələstinin vəziyyəti əvvəlkindən fərqli olacaq. Bu əməliyyat Fələstinin fələstinlilərə aid olduğunu sübuta yetirdi.”

Əmir_Abdullahiyan sonra deyib: “Sionist rejimin cinayətləri ilə bağlı təcili insan haqları toplantısı keçirilməlidir. Rejimə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etmək lazımdır. Həmçinin üzvlər sionist rejimin başçıları, pilotları, ordu komandirləri və siyasi məmurlarının mühakimə olunması üçün məhkəmə təşkil etməlidirlər.”

Xarici İşlər naziri əlavə edib: “Vəziyyəti araşdırmaq və sionist rejimin törətdiyi cinayətlərin ölçülərini aydınlaşdırmaq üçün Qəzzəyə bir heyət göndərmək lazımdır. Qəzza əhalisini köçürməyə yönəlmiş istənilən hərəkət pislənilməli və dayandırılmalıdır.”

Ölkəmizin baş diplomatı vurğulayıb: “Sionist rejimin cinayətləri dərhal dayandırılmalıdır. İslam ölkələri sionist rejimlə əlaqələrini kəsməli və mallarına embarqo qoymalıdırlar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .