Fələstin Müqavimət Qüvvələrinin Qəzza zolağındakı Birgə Əməliyyat Otağı İordan çayının qərb sahilindəki Cenin şəhəri və düşərgəsindəki bütün fələstinli mübariz qruplardan sionist düşmənlə qarşıdurmada fələstinlilərin birlik və həmrəyliyinə təkid edib, bütün döyüş meydanlarında müqavimət qüvvələrinin sionist düşmənin Cenin xalqına hücum etməsinə icazə verməyəcəyini elan edib.
Əl Qəssam batalyonları həmçinin bildiriblər ki, bir neçə sionist təcavüzkar və işğalçı əsgər Cenindəki bir evdən keçərək müqavimət döyüşçülərinin mövqelərinə doğru irəliləməyə istəyərkən Fələstin qüvvələri arasındakı diqqətli koordinasiya ilə pusquya düşüb və ağır itkilər veriblər.
Əl-Qəssam batalyonlarının bəyanatında vurğulanır: “İşğalçı sionist rejimi ordusunu həm ölü, həm də yaralı itkilərini açıqlamağa çağırırıq. Bundan əlavə, bu təcavüzün əvvəlindən Cenin düşərgəsinin mücahidləri sionist rejimin dörd pilotsuz təyyarəsini vurublar.
Sionist rejim ordusunun Cenin düşərgəsinə davam edən təcavüzünə cavab olaraq Qüds batalyonlarının mücahidləri işğalçı rejim ordusuna görünməmiş zərbələr endiriblər.”
Cenindəki Əl-Qüds batalyonları, bu qarşıdurma zamanı işğalçı sionist rejimin hərbi texnikasına ağır zərbələr endirildiyinə diqqət çəkərək bildirib ki, mücahidlərimiz ilk dəfə xidmətə çıxan bir sıra “Tareq 1” raketlərindən istifadə etməklə sionist rejimin zirehli cipini məhv edib və nəticədə onun ekipajının bütün üzvləri ölüb və yaralanıb.
Bununla əlaqədar olaraq, İzzəddin əl-Qəssam batalyonları Cenin düşərgəsində verdiyi bəyanatda bildiriblər ki, bütün fələstinli qruplardan olan mücahidlərimiz Cenin düşərgəsinin müxtəlif məhəllələrində işğalçı sionisit rejimin ordusu ilə döyüşürlər və birbaşa onları böyük itkilərə məruz qoyublar.
Fələstin İslami Cihad Hərəkatı öz bəyanatında sionist qüvvələrin Ceninə hücumlarının tam məsuliyyətinin sionist düşmənin üzərinə düşdüyünü elan edərək vurğulayıb ki, düşmən heç vaxt öz məqsədlərinə nail ola bilməyəcək və Cenin heç vaxt təslim olmayacaq.
İslami Cihad Hərəkatı əlavə edib: “Biz düşmənlə mübarizə aparacağıq və Ceninə qarşı təcavüzünə cavab olaraq onu vurmaq üçün bütün variantlar gündəmdədir.”
HƏMAS da bəyanat yayaraq bildirib ki, sionist rejimin Ceninə qarşı geniş təcavüzü öz məqsədlərinə çatmayacaq və sionist düşmən məğlub olacaq.
Bəyanatda vurğulanır: “Sionistlərin Ceninə hərbi hücumunun tam məsuliyyəti cinayətkar Benyamin Netanyahunun başçılıq etdiyi sionist düşmənin ekstremist və faşist kabinetinin üzərinə düşür.”
HƏMAS-ın bəyanatında qeyd olunub ki, işğalçı rejimin Fələstin müqavimət qüvvələri ilə qarşılaşmaq gücü olmayacaq və Fələstin xalqı öz mübarizəsini davam etdirəcək.
Arin əl-Əsəd müqavimət qrupu da bəyanat yayaraq bazar ertəsindən digər müqavimət qrupları ilə birlikdə döyüşmək üçün Cenin düşərgəsinə daxil olduğunu bildirib.
Bu müqavimət qrupu silahı olan, lakin Ceninə gələ bilməyən hər kəsi harada olurlarsa olsunlar, işğalçılara qarşı döyüşməyə çağırıb.
Cenini tək qoymayacağını vurğulayan müqavimət qrupu ölkə daxilində və xaricində olan bütün fələstinlilərdən Cenin şəhəri və düşərgəsinə dəstək vermək üçün meydana daxil olmalarını istəyib.
Müqavimət qüvvələrinin Cenindəki ürəkdən döyüşü göstərir ki, sionist ordusunu daha bir məğlubiyyət gözləyir və bu ordu qısa zamanda Cenin düşərgəsindən qaçacaq.