Cihad
-
İngiltərənin İrana qarşı düşmən mövqeyinin davam etməsi - Qüds Qüvvələrinin komandirinə sanksiya qoyuldu
London - İRNA - İngiltərə hökuməti Qərbin İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı uğursuz planını dirçəltmək səylərinin davamında HƏMAS və Fələstin İslami Cihad Hərəkatı ilə əlaqə bəhanəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı və bu rəsmi hərbi qurumun daha 6 yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq edib.
-
İngiltərə və ABŞ-ın sionist rejimə hərtərəfli dəstəyi davam edir - HƏMAS-a qarşı sanksiyalar gücləndirilib
London - İRNA - İngiltərənin Xarici İşlər Nazirliyi çərşənbə günü bəyanat yayaraq, ölkənin Amerika Birləşmiş Ştatları ilə koordinasiyalı şəkildə HƏMAS və İslami Cihad Hərəkatının rəsmiləri və sponsorlarına qarşı yeni sanksiyalar tətbiq etdiyini bildirib.
-
Baydenin İran və müqaviməti dayandırmaq siyasəti iflasa uğradı - İranın dəstəyini yüksək qiymətləndiririk
Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Baydenin İran və müqaviməti dayandırmaq siyasətinin iflasa uğradığını bəyan edərək, İran İslam Respublikasına müqavimətə göstərdiyi siyasi, diplomatik və mənəvi dəstəyə görə təşəkkür edib və regionun digər ölkələrini İrandan nümunə götürməyə çağırıb.
-
Əmir Abdullahian Livan müqaviməti şəhidlərinin xatirəsinə ehtiram göstərib
Beyrut - İRNA - Livana səfər edən ölkəmizin xarici işlər naziri Livan Hizbullahının "Rəvzə əş-Şəhidin" şəhidlər qəbiristanlığını ziyarət edib və müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad edib.
-
İslam ölkələri başçılarının iclasının keçirilməsi Ayətullah Rəisinin təklifi idi
Tehran - İRNA - Prezidentin siyasi işlər üzrə müavini deyib ki, İslam ölkələri başçılarının sammitinin keçirilməsi Prezident Ayətullah Seyid İbrahim Rəisinin ideyası idi.
-
Əbu Şərif: Qəzza əsla təslim olmayacaq - Sionist rejimin cinayətlərinə İslam dünyasının qəzəbi
Tehran - İRNA - İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi müqavimət qruplarının zərbələrindən sonrakı təkanların uzun müddət sionist rejimi təqib edəcəyini bildirərək deyib: “Qəzzada baş verənlər bütün dünya insanlarının gözü önündə baş verən kütləvi soyqırımdır, lakin Qəzza təslim olmayacaq. Müqavimət sionist qəsəbələrə raket zərbələri endirməkdə davam edir.”
-
Prezident: Fələstin xalqının son qələbəsini ilahi vəd hesab edirik
Tehran - İRNA - Prezident sionist rejimin tənəzzülə uğradığını və müqavimət cəbhəsinin qələbə zirvələrini fəth etdiyini bəyan edərək deyib: “Biz Fələstin xalqının son qələbəsini ilahi vəd hesab edirik. İran xalqı başda azadlıqsevər Fələstin xalqı olmaqla, həmişə azadlıqsevər və müstəqil xalqların yanında olub.”
-
Sionistlərin itkiləri 150 ölü və 545 yaralıya çatıb - İsrail Qəzza zolağına hücum edib - Video
Tehran - İRNA - Sionist medialardan biri sionist ölülərin sayının 150-yə, yaralıların isə 545-ə yüksəldiyini və bir fələstinli döyüşçünün İordan çayının qərb sahilində sionistlərin məskunlaşdığı bölgəyə hücum etdiyini xəbər verib.
-
Sionist Ordunun komandanı: İsrailə qarşı təhdid bir çox cəbhələrdə daha çox hiss olunmağa başlayıb
Tehran - İRNA - Sionist rejim ordusunun 164-cü diviziyasının komandanı bildirib: "Sionist rejim" üçün təhlükə Livan, Qəzza zolağı və işğal olunmuş İordan çayının qərb sahilində çoxsaylı cəbhələrdə daha çox hiss olunmağa başlayıb.
-
Sionist rəsmilər Əl-Xəlil əməliyyatından qəzəbləniblər – Ben Qvir Qallantı günahlandırdı
Tehran – İRNA - Fələstin müqavimət hərəkatının bu gün İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində keçirdiyi əməliyyatı sionist rejimin təhlükəsizlik rəsmilərini qəzəbləndirib və rejimin təhlükəsizlik naziri müharibə nazirini ittiham edib.
-
Təl-Əvivin mərkəzində qisas; Cihad və HƏMAS-ın yeni proqramı
Tehran - İRNA - Sionist medialar bildiriblər ki, HƏMAS və Fələstin İslami Cihad Hərəkatı sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin qisasını Təl-Əvivin mərkəzində almağa diqqət yönəldib.
-
“Cəbhələr Birliyi” döyüşünün birinci ildönümü; Müqavimətin işğalçılara verdiyi ağır dərs
Tehran - İRNA - Bu gün, avqustun 5-i Fələstin müqaviməti, xüsusən də Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərəya əl-Qüdsün sionist düşmənə qarşı apardığı “Cəbhələr Birliyi” döyüşünün birinci ildönümüdür.
-
Cenin döyüşünün o biri tərəfi - Sionistləri daha bir məğlubiyyət gözləyir
İRNA – Tehran – Son iki gündə və sionist rejim ordusunun Cenin şəhəri və düşərgəsinə hərtərəfli hücumunun başlaması ilə müqavimət qrupları da çox yaxşı bir vəhdətlə meydana daxil olaraq Cenin camaatını və düşərgəsini müdafiə edirlər.