Sionist Ordunun 162-ci Diviziyasının komandanı Nedaf Lotan “Maariv” qəzetinə müsahibəsində deyib: Təhlükə Livanda, Qəzza zolağında, İordan çayının qərb sahilində, 1948-ci ildə işğal olunmuş ərazilərdə, eləcə də çoxsaylı cəbhələrdədir. Bundan əlavə, Suriyadan gələn təhdidlər və İraq və Yəmən kimi uzaq bölgələrdən gələn raket təhdidləri sionist rejim üçün daha çox hiss olunur.
O əlavə edib ki, İsrail ordusu əsasən gərginliyin artmasına hazırlaşır və bu gərginlik tədricən, bir-biri ilə əlaqəsi olmayan bir neçə cəbhədə baş verə bilər.
Bu sionist rəsmi sionist ordusunun müxtəlif orqanlarında dərin dəyişikliklərin vacibliyinə işarə edərək dedi: Ordunu müharibəyə hazırlamaq üçün bəzi ehtiyat hissələrini daha səmərəli etmək və İordan çayının qərb sahilindəki gərginliyi nəzarətdə saxlanmağa davam etmək lazımdır. Bu da, təhlükəsizlik və hərbi qurumlar üçün böyük maneədir. Xüsusilə onların İordan çayının qərb sahilindəki bütün səyləri uğursuzluğa düçar olduğu üçün.
Sionist rejimin 162-ci diviziyasının komandiri “sərhəd boyunca Hizbullahın iş modelinin dəyişməsi və daha çox riskə tab gətirmək istəyi” adlandırdığı hallar barədə xəbərdarlıq edərək deyib: Sionist rejimin caydırıcılıq gücü böyük bir sual altındadır, çünki BMT-nin 1701 saylı qətnaməsi tam yerinə yetirilməyib və Hizbullah faktiki olaraq qaynar xəttdə mövcuddur. O, hesab edir ki, sionist rejim və Hizbullah müharibə istəmirlər, amma buna ciddi hazırlaşırlar.
Lotan proqnozlaşdırıb ki, əgər müharibə başlayarsa, sionist rejimin daxili cəbhəsindəki ziyanlar çox yüksək olacaq, çünki sionistlər “Dəmir günbəz asayişi” hissinə öyrəşiblər, lakin gələcək müharibədə bu asayiş heç vaxt təmin edilməyəcək.
Bundan əvvəl İsrail ordusunun birgə qərargahının keçmiş rəhbəri “Qadi Ayzenkot” Knessetdəki (Sionist rejim parlamenti) çıxışında, bu rejimin bölgədəki caydırma gücünün son on ildə görünməmiş vəziyyətdə azaldığını bildirmişdi.
Bu baxımdan sionist mediası Hizbullahın tətbiq etdiyi caydırma gücünə görə, Livanın müqavimət liderləri üçün Yaxın Şərqdə ən təhlükəsiz yerə çevrildiyini elan edib.
İşğal olunmuş ərazilərdəki Təl-Əviv Universitetinin akademik xadimi Eyal Ziser sionist rejimin “Kanal 13” telekanalına müsahibəsində Livan Hizbullahının baş katibi, Fələstin İslami Cihad Hərəkatının baş katibi və HƏMAS-ın Livandakı siyasi ofisinin müavini arasındakı görüş barədə şərh verərkən bu açıqlamaları verib və bildirib: Bu görüşün məqsədi sionist rejimə “Xəbərdar olun, anlıq bir koordinasiya var və bununla fəxr edirik” mesajı verməkdir. Müqavimət liderlərinin çatdırmaq istədiyi odur ki, müqavimət cəbhəsi güclü və vahiddir və bu, şübhəsiz ki, mühüm mesajdır.
Sizin rəyiniz