Tramp administrasiyasının immiqrasiya siyasətinə qarşı etirazlar üçüncü gününə daxil olub, yüzlərlə etirazçı 2000 Milli Qvardiyanın əsgərinin göndərilməsinə və ictimai əmlaka ciddi ziyan dəyməsinə baxmayaraq polislə toqquşub.
Etirazçılar dünən axşam Los-Ancelesin mərkəzində federal binanın qarşısına toplaşaraq, Amerikanın ikinci ən böyük şəhərindəki müəssisələrə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) reydlərinə dərhal son qoyulmasını tələb ediblər.
Polis izdihamı dağıtmaq üçün kütləyə gözyaşardıcı qaz atıb və onlarla insanı həbs edib, lakin etirazçılar hələ də küçələri tərk etməkdən imtina edib və polislə toqquşub.
Sizin rəyiniz