İRNA-nın şənbə günü sionist rejimə aid “The Times of Israel” qəzetinə istinadən verdiyi xəbərə görə, sionist rejimin təcili tibbi xidməti İsrailin 2 təcili yardım maşınının HƏMAS qüvvələrinin əlinə keçdiyini açıqlayıb.
“The Times of Israel” həmçinin, son 6 saat yarımda HƏMAS-ın Qəzzaya raket hücumlarının davam etdiyini bildirərək yazıb: “İsrail hərbi hava qüvvələri HƏMAS-ın 17 hərbi bazasını və 4 qərargahını hədəf alıb.”
Sionist rejimin səhiyyə nazirliyi həmçinin HƏMAS-ın işğal olunmuş ərazilərə hücumunun başlamasından bu yana 545 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayaraq yazıb: “Ölənlərin sayı 150-dir, lakin yaxın saatlarda onların artacağı ehtimal olunur.”
Sionist rejimə aid “The Times of Israel” qəzeti İordan çayının qərb sahilindəki təhlükəsizlik rəsmilərinə istinadən xəbər verib ki, bir fələstinli də İordan çayının qərb sahilinin şimal-qərbindəki Beyt Arye qəsəbəsinin girişində mühafizəçiyə hücum edib və yaranmış toqquşmada bu fələstinli yaralanıb.
Bu qəzet sionist rejimin xəstəxana mənbələrinə istinadən bildirib ki, yüzdən çox sionist xəstəxanalara yerləşdirilib və onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Sionistlərin məskunlaşdığı “Beer Şaba” qəsəbəsindəki xəstəxana mənbələri 80 yaralının qəbul edildiyini və onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.
Təl-Əvivdəki xəstəxana mənbələri də 17 yaralı sionistin müalicəsi barədə məlumat verib, onlardan 2-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
“Kaplan” bölgəsindəki sağlamlıq mərkəzləri də 17 yaralı sionistin müalicəsi barədə məlumat verib, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.
Bəzi sionist xəbər mənbələri bu günkü əməliyyatda 1000 fələstinli mübarizin İsrail yaşayış məntəqələrinə daxil olduğunu, döyüşlərin davam etdiyini və hal-hazırda Qəzza zolağının hava hücumlarına məruz qaldığını bildirib.
Sionist rejimin “Kanal 12” telekanalı da xəbər verib ki, bu rejim qüvvələri bəzi şəhərlərdə Fələstin İslami müqavimət qüvvvələri ilə ev-ev döyüşməkdədir və bu rejimin qırıcıları Qəzza şəhərinin şərqində bir neçə bölgəni bombalayıb.
“Yediot Aharonot” qəzeti xarici aviaşirkətlərin işğal olunmuş ərazilərə uçuşları ləğv etdiyini bildirib.
Eyni zamanda, Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Səraya əl-Qüdsün əlavə qüvvələrinin Qəzza ətrafındakı sionistlər məskunlaşmış məntəqələrə ezam edildiyi vurğulanıb.
Fələstin xəbər mənbələri də sionist rejim ordusunun Qəzza zolağına hava hücumu təşkil etdiyi barədə məlumat yayıb.
Sizin rəyiniz