İRNA-nın məlumatına görə, İngiltərə Xarici İşlər Nazirliyi cümə axşamı günü bu barədə bəyanat yayaraq bildirib ki, bu ölkə ABŞ ilə koordinasiyada “Tehranın HƏMAS və Fələstin İslami Cihad Hərəkatına dəstəyini hədəf almaq üçün İrana qarşı yeni sanksiyalar rejimi çərçivəsində ilk sanksiyalar dəstini həyata keçirdi.”
İngiltərə XİN-nin açıqlamasına görə, Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani, Qüds Qüvvələrinin Fələstin bölməsinin üzvləri Məhəmməd Səid İzədi, Əli Şirazi, Məcid Zarei və Mustafa Məcid Xani ilə birlikdə İngiltərənin sanksiyalar siyahısına əlavə edilib. Həmçinin, HƏMAS və Fələstin İslami Cihadın İrandakı nümayəndələri Xalid Qudumi və Nasir Əbu Şərif sanksiyaya məruz qalıb.
Qeyd edilən bəyanata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin Fələstin qolu da İngiltərənin sanksiyalar siyahısına əlavə edilib.
Sizin rəyiniz