Tehran - İRNA - Keniya Prezidenti Vilyam Samui Ruto İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisini bu ölkənin prezident sarayında rəsmi qarşılayıb.

İRNA-nın siyasət bölməsinin müxbirinin məlumatına görə, rəsmi qarşılama mərasimində İran və Keniya prezidentlərinin xatirə fotoşəkilləri çəkildikdən sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin üzvləri təqdim olunub.

Həmçinin, Ayətullah Rəisinin Keniyanın prezident sarayına daxil olması ilə eyni vaxtda İran İslam Respublikası Prezidentinin və İran nümayəndə heyətinin gəlişi şərəfinə 21 top gülləsi atılıb.

İran Prezidentinin Keniya Prezidenti tərəfindən qarşılanması mərasimindən dərhal sonra iki ölkə prezidentləri arasında təkbətək söhbət, ardınca isə iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin ikitərəfli danışıqları baş tutacaq.

Bu görüşdən sonra iki ölkə prezidentlərinin iştirakı ilə İran və Keniya arasında mühüm ikitərəfli əməkdaşlıq sənədləri imzalanacaq.