Bu görüşdə Fars Körfəzi məsələləri üzrə baş direktor və xarici işlər nazirinin köməkçisi İranın üç adası Əbu Musa, Böyük Tumb və Kiçik Tumbun əbədi olaraq ölkəmizin ərazisinə mənsub olduğunu vurğulayaraq, bu məsələdə Rusiya Federasiyasının mövqeyinə düzəliş edilməsini tələb edib.
Rusiyanın İran İslam Respublikasındakı səfiri ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayaraq, bu məsələni tezliklə Moskvaya çatdıracağını bildirib.