Əbu Musa
-
İran öz ərazi bütövlüyünü qorumaqda zərrə qədər tərəddüd etməyəcək
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Ərəb-Rusiya Əməkdaşlıq Forumunun iclasının bəyanatında üç İran adası ilə bağlı irəli sürülən iddianı pisləyib və onu rədd edərək vurğulayıb: “İran İslam Respublikası öz ərazi bütövlüyünü qorumaqda zərrəcə tərəddüd etməyəcək.”
-
Kənani: Uydurma ittihamlar və iddiaları təkrarlamaq region hökumətlərinin və xalqlarının maraqlarına xidmət etmir
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurasının Xarici İşlər nazirlərinin Nyu-York görüşündən sonra verdiyi birgə bəyanata cavab olaraq deyib: Bölgənin indiki vəziyyətində uydurma ittihamların və iddiaların təkrarlanması heç bir halda region hökumətlərinin və xalqlarının maraqlarına xidmət edə bilməz.
-
Əbu Musa; iqtidar təlimi və İran adalarının güclü müdafiəsi - Video
Bəndər Abbas - İRNA - Fars körfəzindəki İran adalarının güclü müdafiəsi məqsədilə Əbu Musa adası mərkəz olmaqla SEPAH Dəniz Qüvvələrinin iqtidar təlimi keçirildi.
-
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Tehran - İRNA - Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlərin xarici işlər nazirləri arasında strateji danışıqların altıncı raundunun yekun bəyanatında İranın Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adaları ilə bağlı məzmunun yer almasının ardınca, bu gün səhər saatlarında Rusiya Federasiyasının səfiri xarici işlər nazirinin köməkçisi Əlirza İnayəti tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının yuxarıda qeyd olunan bəyanatın məzmununa etirazı Rusiyanın ölkəmizdəki səfirinə çatdırılıb.