21 dekabr 2023 at 14:17
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329138
T T
0 Persons

Tags

İran öz ərazi bütövlüyünü qorumaqda zərrə qədər tərəddüd etməyəcək

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Ərəb-Rusiya Əməkdaşlıq Forumunun iclasının bəyanatında üç İran adası ilə bağlı irəli sürülən iddianı pisləyib və onu rədd edərək vurğulayıb: “İran İslam Respublikası öz ərazi bütövlüyünü qorumaqda zərrəcə tərəddüd etməyəcək.”

İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani cümə axşamı günü Mərakeşdə keçirilən Ərəb-Rusiya Əməkdaşlıq Forumunun altıncı iclasının bəyanatının bir hissəsinə münasibət bildirərək, bəyanatda üç İran adası ilə bağlı yer almış iddianı əsassız hesab edib, onu rədd edib və pisləyib.

Kənani vurğulayıb: “Fars körfəzinin mavi sularında yerləşən İranın Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları həmişə İrana məxsus olub və İran İslam Respublikasının ərazisinin ayrılmaz tərkib hissəsidir.”

XİN-nin sözçüsü əlavə edib: “İran İslam Respublikası üç ada üzərində öz ərazi bütövlüyü və suverenliyi məsələsini müzakirə mövzusu hesab etmir və bununla bağlı istənilən tərəfin iddiası rədd edilir və heç bir şəkildə öz suveren və ərazi hüquqlarından dönməyəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .