Tehran – İRNA – İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS dostlarının katibləri və milli təhlükəsizlik müşavirlərinin sammitində iştirak edib.

İRNA-nın xarici siyasət bölməsinin məlumatına görə, Ölkəmizin ali rəhbərinin nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS dostlarının katibləri və milli təhlükəsizlik müşavirlərinin sammitində iştirak etmək üçün bu gün səhər Pretoriya şəhərinə gedib. Burada onu Cənubi Afrika rəsmiləri və ölkəmizin səfiri qarşılayıblar.

Ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Pretoriyaya getdikdən sonra, Yohannesburqda keçiriləcək BRİKS Dostları Konfransına yola düşüb.

Səfər zamanı cənab Əhmədian BRİKS dostlarının sammitində iştirak və çıxış etməklə yanaşı, bu görüş çərçivəsində bir sıra həmkarları ilə də görüşəcək.

Tags