24 iyul 2023 at 15:33
Jurnalist kodu: 5487
Xəbər kodu: 85179702
T T
0 Persons

Tags

İranın Milli Təhlükəsizlik Şurasının katibinin BRİKS dostları sammitində həmkarları ilə görüşü

Tehran – İRNA – İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS dostlarının katibləri və milli təhlükəsizlik müşavirlərinin sammitində iştirak edib.

İRNA-nın xarici siyasət bölməsinin məlumatına görə, Ölkəmizin ali rəhbərinin nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS dostlarının katibləri və milli təhlükəsizlik müşavirlərinin sammitində iştirak etmək üçün bu gün səhər Pretoriya şəhərinə gedib. Burada onu Cənubi Afrika rəsmiləri və ölkəmizin səfiri qarşılayıblar.

Ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Pretoriyaya getdikdən sonra, Yohannesburqda keçiriləcək BRİKS Dostları Konfransına yola düşüb.

Səfər zamanı cənab Əhmədian BRİKS dostlarının sammitində iştirak və çıxış etməklə yanaşı, bu görüş çərçivəsində bir sıra həmkarları ilə də görüşəcək.

0 Persons

Tags

Sizin rəyiniz

You are replying to: .