22 iyul 2023 at 13:06
Jurnalist kodu: 5487
Xəbər kodu: 85177264
T T
3 Persons

Tags

İlham Əliyev: Əminəm ki, İRNA Azərbaycan, İran və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq

Bakı - İRNA - Azərbaycan Respublikası Prezidenti deyib: “Əminəm ki, “İRNA Azərbaycan” İran- əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.”

İRNA-nın müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev “Dördüncü Sənaye İnqilabı Əsrində Yeni Media” Forumunda İRNA-nın Azəri internet saytının açılması və Bakıda ofisinin yaradılması ilə bağlı İRNA müxbirinin sualına cavabında deyib: “Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Çünki məsuliyyətli KİV qonşu ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edir.”

Prezident əlavə edib: “Düşünürəm ki, münasibətləri möhkəmləndirməyin ən yaxşı üsulu auditoriyanızı Azərbaycandakı reallıqlar və Qarabağın bərpa prosesi haqqında məlumatlandırmaqdır.”

Azərbaycan Respublikası Prezidenti vurğulayıb: “Əlbəttə, daha yaxşı olardı ki, İranda daha çox insan Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun.”

İlham Əliyev İRNA-nın Azərbaycan Respublikasındakı rəhbərlərinə və müxbirlərinə uğurlar arzulayaraq qeyd edib: “Əminəm ki, siz İran və Azərbaycan arasında münasibətlərin güclənməsində mühüm rol oynayacaqsınız.”

İRNA-nın baş direktoru Əli Nadiri Azərbaycan Respublikasına 4 günlük səfəri zamanı Şuşa şəhərində keçirilən “Dördüncü Sənaye Əsri dövründə Yeni Media” Forumu günlərində İRNA Xəbər Agentliyinin az.irna.ir Azəri bölməsinin açılışını edib.

Nadiri İRNA-nın Azərbaycan dili bölməsinin açılışı zamanı vurğulayıb: “Yaxın vaxtlarda iki qonşu ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə İRNA-nın Bakıda ofisi açılacaq.”

3 Persons

Sizin rəyiniz

You are replying to: .