İRNA-nın hökumətin informasiya saytına istinadən verdiyi məlumata görə, bu səfər zamanı prezident azərbaycanlı həmkarı ilə birlikdə İran və Azərbaycan Respublikası iqtisadi fəallarının birgə konfransında iştirak edib və çıxış edib, həmçinin İran sakinləri ilə görüşüb.
Bu səfər zamanı İran və Azərbaycan prezidentlərinin birgə bəyanatından əlavə, iki ölkə rəsmiləri arasında əməkdaşlığa dair 7 anlaşma memorandumu da imzalanıb.
Prezident Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə 28 aprel 2025-ci il, bazar ertəsi səhər Bakıya gəlib. Azərbaycan rəsmiləri ilə rəsmi görüşdə o, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Məsud Pezeşkiyanı Baş nazirin müavini Yaqub Əyyubov və xarici işlər nazirinin müavini Samir Şərifov qarşılayıb.
İlham Əliyev Məsud Pezeşkiyanı Zaqulba Prezident sarayında rəsmi qarşılayıb. Proqramların ardınca İran və Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin görüşü keçirilib və bu görüşdə ölkəmizin prezidenti deyib: “Azərbaycan Respublikasında olmaq, qardaş və dost ölkənin rəsmilərinin toplantısında iştirak etmək şərəfdir. Ümid edirəm ki, bu səfər və əvvəlki ekspert görüşləri zamanı əldə olunan razılaşmalar iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində daha böyük addımların başlanğıcı olacaq”.
Doktor Pezeşkiyan həmçinin İran və Azərbaycan Respublikası xalqlarının tarixi, mədəni və qohumluq əlaqələrinə toxunaraq əlavə edib: Bu əlaqələr regional əməkdaşlığın genişləndirilməsi üçün uyğun yolun formalaşmasına zəmin yaradacaq.
Yeddi anlaşma memorandumunun imzalanması
Bu bir günlük səfər zamanı iki ölkə rəsmiləri arasında siyasi məsləhətləşmələr, nəqliyyat, mədəniyyət mübadiləsi, səhiyyə sahəsində əməkdaşlıq, media və investisiya sahələrini əhatə edən birgə əməkdaşlığa dair yeddi anlaşma memorandumu imzalanıb. Bundan əlavə, səfərlə bağlı İran və Azərbaycan prezidentləri tərəfindən birgə bəyanat da imzalanıb.
Məsud Pezeşkiyan İlham Əliyevlə birgə mətbuat konfransında deyib: İran və Azərbaycan bir-birinin köməyi ilə regionda sülh və əmin-amanlıq yarada və əməkdaşlıq yolu ilə problemləri həll edə bilər.
Bu görüşlərdən sonra prezident Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məqbərəsi önünə əklil qoymaq və Fatihə surəsi oxumaq üçün gedib. O, həmçinin 1990-cı il 20 Yanvar şəhidlərinin ziyarət edib və xatirələrini ehtiramla yad edib.
Əlaqələrin inkişafına diqqət yetirilməsi
Proqramların davamında Pezeşkiyan iranlı və azərbaycanlı iş adamları ilə görüşündə deyib: İnanıram ki, biz İran və Azərbaycan Respublikası arasında keçmişdə olduğu kimi əlaqələri inkişaf etdirə bilərik. Qazan-qazan mühiti yaratmaq üçün iki ölkə xalqının elmi və mədəni nailiyyətlərini və istehsalatlarını bir-birimizə ötürməliyik.
O, həmçinin qeyd edib ki, İranın coğrafi mövqeyi ona şərq-qərb və şimal-cənub rabitəsini asanlaşdırmağa imkan verib.
Həzrət Fatimeyi-Həkimə (s.ə.) hərəminin ziyarəti
Prezident dünən axşamüstü İmam Musa ibn Cəfərin (ə) qızı Həzrət Fatimə Həkimənin (Bibi Heybət) Bakı şəhərində yerləşən müqəddəs hərəmini ziyarət edib. Bakı şəhərində dəfn olunmuş İmam Musa ibn Cəfərin qızı və İmam Rzanın (ə) bacısı Bibi Heyətin məzarını ziyarət edib.
2025-ci il aprelin 28-də bazar ertəsi axşamı, Bakıya bir günlük səfərinin sonuncu proqramında doktor Pezeşkiyan Azərbaycan Respublikasında yaşayan iranlılarla birlikdə bu bölgədə hamımızın eyni mədəni köklərə malik olduğumuzu vurğulayaraq dedi: “Bizim hamımızın bu planetdə eyni kökümüz var”.
Sizin rəyiniz