29 aprel 2025 at 16:35
Jurnalist kodu: 5564
Xəbər kodu: 85818059
T T
0 Persons
Tehran-Bakı münasibətləri qarşılıqlı diqqət tələb edir - Tehranın regional əməkdaşlıq üçün iradəsinin dərinliyi

Tehran - İRNA - İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri bildirib: Qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi siyasəti Prezident cənab Pezeşkiyanın və Xarici İşlər Nazirliyinin xüsusi diqqəti ilə böyük sürətlə həyata keçirilir. Bunun nəticəsidir ki, biz qonşu dövlətlərlə çox əlverişli münasibətlərin qurulmasının şahidi oluruq. Prezident Məsud Pezeşkiyan Azərbaycan Respublikasına bir neçə saatlıq səfərdən sonra bazar ertəsi, mayın 28-də axşam saatlarında ölkəyə qayıdıb. Tehran və Bakı arasındakı münasibətlərdə bir müddət enişli-yoxuşlu dövrdən sonra 14-cü hökumətin qonşularla münasibətləri inkişaf etdirmək, mübahisəli işləri bağlamaq və anlaşılmazlıqları aradan qaldırmaq əzmi ilə üst-üstə düşən bu səfər hər iki ölkənin analitikləri tərəfindən müsbət və konstruktiv olaraq qiymətləndirildi.

İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri, Qafqaz məsələləri üzrə analitik Möhsün Pakayin İRNA-ya müsahibəsində Prezidentin hazırkı dövrdə Bakıya səfərinin əhəmiyyəti və onun iki ölkə arasında münasibətlərin inkişafı prosesinin başlanmasında əldə etdiyi nailiyyətləri dəyərləndirməsi ilə bağlı sualın cavabında deyib: İran İslam Respublikasının qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə yanaşması strateji siyasət kimi 13 və 14-cü hökumətlərin gündəliyində yer alıb. Bu siyasət Prezident doktor Pezeşkiyanın və Xarici İşlər Nazirliyinin xüsusi diqqəti ilə böyük sürətlə həyata keçirilir. Bunun nəticəsidir ki, biz qonşu dövlətlərlə çox arzuolunan münasibətlərin qurulmasının şahidi oluruq. Coğrafi yaxınlığa görə qonşu ölkələrlə münasibətlər bəzən anlaşılmazlıqlara və ya fikir ayrılıqlarına səbəb ola bilər. Bununla belə, bu fərqləri səbirlə, təmkinlə və münasibətlərin əhəmiyyətinə diqqət yetirməklə idarə etmək vacibdir.

Tehran-Bakı münasibətləri qarşılıqlı diqqət tələb edir - Tehranın regional əməkdaşlıq üçün iradəsinin dərinliyi

Analtik əlavə edib: Azərbaycan Respublikası ilə münasibətlərə gəlincə, silahlı bir şəxsin şəxsi və ailə motivləri ilə ölkənin İrandakı səfirliyinə hücumu kimi hadisə ikitərəfli münasibətlərə nifaq kölgəsi saldı. İran İslam Respublikası buna tez reaksiya verdi və hücumçunu həbs edərək məhkəmə orqanlarına təhvil verdi. Məhkəmə prosesi aparıldı və nəticədə onun mühakimə olunması ilə nəticələndi. Azərbaycan hökumətinin bu hadisədən təbii narazılığına baxmayaraq, İranın həm o dövrdə, həm də indiki dövrdə doktor Pezeşkiyanın rəhbərliyi və doktor Əraqçinin səyləri ilə təmkinli və sakit yanaşması fikir ayrılıqlarının dərinləşməsinə mane oldu. Bu müddət ərzində iki ölkə arasında iqtisadi əməkdaşlıq və mədəni əlaqələr davam etdirildi, İran İslam Respublikasının Bakıdakı səfirliyi fəaliyyət göstərdi, diplomatik mübadilələr davam etdirildi. Nəhayət, Azərbaycan hökuməti Tehrandakı səfirliyini yenidən açmaqla bağlı müdrik qərar verdi.

Təqaüddə olan diplomat müsahibəsinin davamında deyib: “Bu tədbirlər cənab Pezeşkiyanın Bakıya uğurlu səfərinə yol açdı. Bu səfərdən bir neçə həftə əvvəl Yol və Şəhərsalma naziri xanım Sadiq Bakıya səfər etdi və birgə iqtisadi iclas keçirildi. Bu səfərlər zamanı çoxsaylı anlaşma memorandumları və əməkdaşlıq sənədləri imzalanmışdır ki, onların izlənilməsi və həyata keçirilməsi gələcəkdə ikitərəfli münasibətlərin inkişafına zəmanət verə bilər. Hazırda İran ilə Azərbaycan Respublikası arasında münasibətlər çox arzuolunan yoldadır. Cənab Pezeşkiyanın Azərbaycan xalqı və rəsmiləri, xüsusən də cənab İlham Əliyev tərəfindən səmimi və hörmətlə qarşılanması bu iddianın sübutudur.

Tehran-Bakı münasibətləri qarşılıqlı diqqət tələb edir - Tehranın regional əməkdaşlıq üçün iradəsinin dərinliyi

Sionist rejim İran-Azərbaycan münasibətlərinin əsas düşmənidir

Qafqaz məsələləri üzrə analitik, İRNA müxbirinin “keçmiş təcrübələri nəzərə alsaq, İran bu münasibətlərdə üçüncü tərəflərin fitnələrini zərərsizləşdirmək üçün hansı gündəliyə malik olmalıdır?” sualına cavabında belə deyib: Sionist rejim İran və Azərbaycan Respublikası arasında münasibətlərin əsas düşməni kimi iki ölkə arasında münasibətlərin tərəqqi yoluna düşdüyü vaxtlarda psixoloji və media əməliyyatlarından istifadə edərək bu əlaqələri pozmağa çalışır. Məsələn, cənab Pezeşkiyanın Bakıya səfəri rəsmi elan olunmazdan əvvəl, Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfəri ilə bağlı heç bir xəbər yox idi. Amma İran Prezidentinin səfəri xəbəri çıxan kimi mətbuatda Netanyahunun Bakıya eyni vaxtda gedəcəyi, iki səfərin eyni vaxtda baş tutacağı təəssüratı yaratmaqla bağlı xəbərlər yayıldı. Xəbərin yalan olduğu aydınlaşdıqdan sonra Netanyahunun səfərinin çox güman ki, gələn ay, may ayında baş tutacağı açıqlandı, baxmayaraq ki, dəqiq tarix hələ bəlli deyil.

Sionist rejim İran-Azərbaycan münasibətlərinin əsas düşmənidir

Pakayin sonra deyib: Bu cür uydurma xəbərlər və media əməliyyatları ikitərəfli münasibətləri pozmağa hesablanıb. Bu məkrli planlara qarşı çıxmaq üçün hər iki tərəfin, İran İslam Respublikası və Azərbaycan Respublikasının tam sayıq olması vacibdir. Hər iki ölkənin rəsmiləri öz mövqelərini yalnız rəsmi mənbələr vasitəsilə açıqlamalı, kiberməkanda qeyri-rəsmi və etibarsız KİV-lərin təsirinə düşməməlidirlər. Təəssüflər olsun ki, bəzən kiberməkanda dərc olunan yalan xəbərlər təkcə ictimai rəyə deyil, həm də hər iki ölkənin məmurlarına, millət vəkillərinə, hətta rəsmi KİV-lərə də təsir edir. Bu, əsassız xəbərlərin yenidən yayılmasına və münasibətlərin pozulmasına səbəb ola bilər. Belə problemlərin qarşısını almaq üçün hər iki ölkədə ciddi və birləşmiş media idarəçiliyini həyata keçirmək lazımdır. Rəsmi media öz hökumətlərinin siyasətinə uyğun hərəkət etməli, qarşı tərəfə düşmən mövqe tutmaqdan çəkinməlidir. Qeyri-rəsmi media da ikitərəfli münasibətlərin əhəmiyyətini anlamalı və xəbərləri yenidən dərc etməzdən əvvəl onun mənbələrinə və mənşəyinə diqqət yetirməlidir. Həmçinin kiberməkanda münasibətləri korlayan düşmən media orqanlarına qarşı hüquqi tədbirlər görülməlidir.

Tehran-Bakı münasibətləri qarşılıqlı diqqət tələb edir - Tehranın regional əməkdaşlıq üçün iradəsinin dərinliyi

Keçmiş səfir vurğulayıb: Təcrübə göstərir ki, hər iki ölkə qeyri-rəsmi açıqlamaları idarə edə bildikdə, münasibətlər yaxşı istiqamətə doğru irəliləyib. Digər tərəfdən, əsassız xəbərlərin təsiri altına düşmək münasibətlərdə çətinliklər yaradıb. Odur ki, medianın effektiv və ağıllı idarə edilməsi hər iki tərəfin saxta xəbərlərin təsirinə düşməsinin qarşısını almaq və müsbət münasibət saxlamaq üçün çox vacibdir. Bu yanaşma ilə İran və Azərbaycan Respublikası arasında münasibətlər yüksələn xətlə davam edə bilər.

Qafqaz bölgəsindəki qonşularla münasibətləri balanslaşdırmaq vacibdir

Ölkəmizin Bakıdakı keçmiş səfiri aparıcının “görünən odur ki, Ermənistan və Azərbaycan fikir ayrılıqlarını həll etmək yolundadır və İranın da sərhədlərin dəyişdirilməməsinin vurğulanması ilə bağlı konkret mülahizələri var. Buna uyğun olaraq, İranın Bakı və İrəvanla münasibətləri idarə etmək üçün yol xəritəsinin xüsusiyyətləri nədən ibarət olmalıdır?” sualının cavabında deyib: Həm Azərbaycan Respublikasına, həm də Ermənistana İranın qonşuları kimi, qonşularla münasibətlərin möhkəmləndirilməsi strateji siyasəti çərçivəsində xüsusi diqqət yetirilməlidir, onlarla sıx əlaqələr qurulmalıdır. Bu istiqamətdə bu ölkələrlə münasibətlərdə bir növ balans yaratmaq lazımdır. Təbii ki, balans o demək deyil ki, Bakıya səfər kimi hər bir diplomatik gediş mütləq İrəvana oxşar səfərlə müşayiət olunmalıdır.

Tehran-Bakı münasibətləri qarşılıqlı diqqət tələb edir - Tehranın regional əməkdaşlıq üçün iradəsinin dərinliyi

Təbii ki, İranın Azərbaycan Respublikası ilə əməkdaşlığının səviyyəsi mədəni, tarixi və coğrafi ortaqlıqlara və müxtəlif sahələrdə çoxtərəfli əlaqələrə görə Qafqaz regionunun digər ölkələri, yəni Ermənistan və Gürcüstanla əlaqələrindən qat-qat genişdir. Bu məsələ Azərbaycan Respublikası ilə diplomatik mübadilələrin və qarşılıqlı əlaqələrin artmasına səbəb olur. Balans o deməkdir ki, bir ölkəyə diqqət digər ölkəyə diqqətin azalmasına səbəb olmamalıdır. Ona görə də İran hər iki ölkə ilə mövcud imkan və fürsətlərə əsaslanaraq, onlarla dostluq və konstruktiv əlaqələr qurmalı və həyata keçirməlidir. Bu yanaşma İranın regionda mövqelərinin möhkəmlənməsinə kömək etməsindən əlavə, həm də qonşu dövlətlərlə münasibətlərdə hər hansı anlaşılmazlıq və həssaslığın qarşısını alacaq.


Qonşularla münasibətləri gücləndirmək üçün emosional əlaqələrdən istifadə edək

Aparıcının “Prezidentin bu səfərdəki diplomatiyasının xüsusiyyətləri və özəllikləri, İraq Kürdüstanı və Tacikistana səfərləri kimi, bu dəfə də Azərbaycan Respublikasında medianın diqqətini cəlb etdi. Azərbaycan mentaliteti ilə tanış olduğuunzu nəzərə alsaq, bu məsələ münasibətlərin dərinləşməsinə nə dərəcədə kömək edəcək?” sualına cavab olaraq deyib: “Bu səfərlər zamanı tərəflər arasında qonşuluq və dini mənsubiyyətə görə bir növ emosional əlaqə yaranır. Azərbaycan Respublikasında da bu məsələ çox aydın idi. Ona görə ki, hər iki ölkənin prezidenti eyni dildə bir-biri ilə danışırdılar, şeir oxuyurdular. Bu, iki ölkə arasında münasibətləri irəliyə aparan emosional əlaqə yaradır. Ona görə də düşünürəm ki, qonşularla münasibətləri gücləndirmək üçün mütləq emosional əlaqələrdən istifadə etməliyik.

Tehran-Bakı münasibətləri qarşılıqlı diqqət tələb edir - Tehranın regional əməkdaşlıq üçün iradəsinin dərinliyi

Sizin rəyiniz

You are replying to: .