22 iyul 2023 at 20:41
Jurnalist kodu: 5487
Xəbər kodu: 85177721
T T
5 Persons

Tags

İRNA-nın məqsədi İran və Azərbaycan Respublikası arasında əlaqələri gücləndirməkdir

Ərdəbil - İRNA - Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: “Azərbaycan xalqından istəyirəm ki, İRNA xəbər agentliyinə etibar etsinlər, əmin olsunlar ki, İRNA xəbər agentliyinin dedikləri həqiqətdir və bu işin təşəbbüskarlarının məqsədi iki ölkə arasında münasibətləri gücləndirməkdir, beləliklə, müsəlmanlar arasında heç bir təfriqə, düşmənçilik və kin olmasın.”

Ayətullah Seyid Həsən Amili şənbə günü İRNA-ya müsahibəsində Azərbaycan xalqına salam və dualarla yanaşı, Məhərrəm ayının matəm günlərində etdikləri əzadarlığın Allah dərgahında qəbul olmasını diləyərək deyib: “Allahdan Azərbaycana başıucalıq arzu edirəm. Biz Azərbaycanın inkişafını öz fəxrimiz və şərəfimiz bilirik, Azərbaycanın izzətini öz izzətimiz bilirik, Azərbaycan xalqının çətinliyini öz çətinliyimiz bilirik.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi əlavə edib: “Qarabağ məsələsində Böyük Rəhbərimiz fətva verdi ki, bütün Qarabağ Azərbaycana qaytarılmalıdır. Rəhbərin baş müşaviri cənab Vilayətinin Qarabağla bağlı çox önəmli sözləri vardır.”

Ərdəbil imam cüməsi bildirib ki, iki ölkə bir-birinə nə qədər yaxın olsa, hər iki ölkə üçün bir o qədər xeyirlidir və iki xalq arasında ixtilaflara yer qalmaz. Bizim ortaq düşmənimiz vardır ki, zehnləri sapındırır, Azərbaycan xalqına İrandan pis görüntü təqdim edir. Hər iki ölkə həqiqətləri aydın şəkildə çatdırmalı, şeytanın içəri girib təzvil (illüziya) yaratmasına imkan verməməlidir.

Ayətullah Amili “təzvil” sözünü izah edərək deyib: “Təzvil Quranda yaxşını pis, pisi yaxşı, bədbəxtliyi xoşbəxtlik və xoşbəxtliyi bədbəxtlik, hidayəti zəlalət və zəlaləti hidayət, haqqı batil, batili isə haqq olaraq göstərmək deməkdir. Dəccal, qızılla keçi tükünü (qızıl və qəzili) qarışdırıb qızıl adı ilə insanlara keçi tükü verənə deyilir.”

İmam cümə bildirib ki, bizim ölkədə hər kim bu iki ölkəyə ürək yandırırsa, düzgün xəbərlərin əziz Azərbaycan xalqına çatdırılması üçün şəbəkələrin olmasına təlaş edir. Bunlardan biri də bir çox dillərdə, o cümlədən Azərbaycan dilində xəbər yayımlayan “Vilayət” kanalıdır.

Vəliyyi-fəqihin nümayəndəsi deyib: “İRNA dünyanın aparıcı xəbər agentliklərindən biridir. Böyük ölkələr İran xəbərlərini bilmək istəyirlərsə, İRNA-ya müraciət edirlər. Bu, rəsmi xəbər mənbəyidir. İRNA Xəbər Agentliyi Azərbaycan yazısı və ədəbiyyatı ilə düzgün xəbərləri çatdırmaq qərarına gəlib. Onların bu şöbəni yaratmaqda məqsədi iki ölkə arasında münasibətləri və maraqları gücləndirməkdir.”

İmam cümə qeyd edib ki, mentalitetləri pozan şeytanlar iki xalq arasında münasibətləri korlamaq üçün çoxlu pullar xərcləyirlər. Ona görə də bizim əzizlərimiz bu mərkəzi yaradıblar və mən onları belə yaxşı iş gördüklərinə görə təbrik edirəm. Bu mərkəzin yeri boş idi və bu işə çoxdan başlamaq lazım idi.

Ərdəbil imam cüməsi İRNA-nın Azərbaycan dili bölməsinin fəaliyyətə başlamasını təbrik edərək deyib: “Azərbaycan xalqından istəyirəm ki, İRNA xəbər agentliyinə etibar etsinlər, əmin olsunlar ki, İRNA xəbər agentliyinin dedikləri həqiqətdir və bu işin təşəbbüskarlarının məqsədi iki ölkə arasında münasibətləri gücləndirməkdir, beləliklə, müsəlmanlar arasında heç bir təfriqə, düşmənçilik və kin olmasın.”

Bu şöbənin fəaliyyətə başlamasının iki ölkə arasında əlaqələri gücləndirə biləcəyini deyən imam cümə qeyd edib ki, düşmən mütləq buna həssas yanaşacaq, çünki iki xalqın düşmənləri heç vaxt iki xalqın yaxınlaşmasını istəmirlər, iki xalq nə vaxt bir-birinə yaxınlaşıbsa, düşmən də öz səylərini artırıb. Ona görə də, bu xəbər mərkəzini sizin üçün məhv etməyə çalışacaqlar.

Ayətullah Amili daha sonra deyib: “Mən əmanətdaram və bu mərkəzin çox yaxşı olduğuna zəmanət verirəm. Fikirləri, siyasətləri düzgündür, seçdikləri yol da doğrudur. İranla bağlı düzgün xəbərləri sizin yazınızla və sizin ədəbiyyatınızla məlumat verəcək bu mərkəzdən ala bilərsiniz. Nə qədər yaxşı olar ki, siz əzizlərimiz, bu mərkəzlə əlaqə saxlayasınız, xəbərlərinizi, maraqlarınızı, sözlərinizi onlara çatdırasınız.”

İki xalqın iki ölkə arasında əlaqələrin inkişafında böyük rol oynaya biləcəyini diqqətə çatdıran imam cümə deyib ki, ixtilafın qarşısını almaq təkcə xəbər mərkəzlərinin deyil, hər kəsin borcudur. Allah ixtilafın adını şirk qoymuşdur, ixtilaf salanlar isə müşrikdirlər. Hər bir peyğəmbər Allah tərəfindən ixtilafı dayandırmaq üçün göndərilmişdir.

Ərdəbil imam cüməsi müsahibəsinin digər hissəsində İRNA-nın Azəri bölməsinin fəaliyyətə başlamasını çox ümidverici addım kimi qiymətləndirərək deyib: “Ona görə də bu addım çox ümidvericidir. İnşallah İran haqda faktları, həqiqətləri və xəbərləri əks etdirəcək, İranın sivilizasiya və mədəniyyətini sizə göstərəcək.”

Rəhbərlik Ekspertlər Məclisinin üzvü deyib: “Allah bizə kömək olsun ki, yaşadığımız məkanı sağlam saxlayaq, beləliklə əsr və zaman sahibinin zühuruna zəmin yaransın, həzrət zühur etsin və biz də həzrətin yanında olaq. Həzrət dünyanı islah edəcək. Nə qədər yaxşı olardı, biz də bu islahatda iştirak edək.”

Ayətullah Amili xəbər mərkəzini islah mərkəzi adlandıraraq deyib ki, hər yerdə xəbər mərkəzi açılsa, onun ilkin məqsədi və işi fikirləri, inancları, əqidələri və rəftarları islah etməkdir. Xəbər agentlikləri zehni düyünlərin açılmasında mühüm rol oynayır.

O, dünyada saxta xəbərlərin yayılmasına toxunaraq deyib: “İndi mənim haqqımda ruhumun belə xəbəri olmadığı sözlər danışırlar. Bu xəbərin kökün axtaranda onun Albaniyada yazıldığını görürük. Allaha şükürlər olsun ki, onları pərakəndə etdi. Onlar minlərlə kompüterin arxasında oturub İran haqqında saxta xəbərlər yayırdılar. Hər halda, bunlara aydınlıq gətirəcək bir yer olmalıdır. Bu səbəbdən xəbər mərkəzlərinə müqəddəs gözlə baxıram. Çünki onlar millətləri birləşdirmək, təfriqələri aradan qaldırmaq istəyirlər. Millətlərin birləşməsinin müqəddəsliyi vardır ki, Allah bu işə əmr etmişdir. Allah tövsiyə etdiyi bütün işlər müqəddəsdir. İnşallah, bu xəbər agentliyindən ən yaxşı şəkildə istifadə edəcəyik.”

İRNA-nın məlumatına görə, “Dördüncü Sənaye İnqilabı Əsrində Yeni Media” forumu 21 iyul cümə günündən etibarən üç gün ərzində Azərbaycan Respublikasının Şuşa şəhərində keçirilir.

İslam Respublikası Xəbər Agentliyinin (İRNA) baş direktoru Əli Nadiri də bu forumda iştirak edir. O, qeyd olunan forumda iştirak etməklə yanaşı, İRNA Xəbər Agentliyinin “az.irna.ir” ünvanlı Azəri saytının da açılışını edib və İRNA-nın Bakı ofisinin tezliklə fəaliyyətə başlayacağını bildirib.

İslam Respublikası Xəbər Agentliyi (İRNA) ilk xəbər toplama mərkəzi olaraq 1934-cü ildə yaradılmışdır. İRNA beynəlxalq aləmdə tanınmış KİV hesab olunur və İran İslam Respublikasının əsas xəbər agentliyi və rəsmi orqanı olaraq, dünyanın digər xəbər agentliklərinin diqqət mərkəzindədir və xəbərlərini dünyanın 10 rəsmi dilində dərc edir.

“İRNA_Azəri” İRNA-nın çıxışında 11-ci dildir və İslam Respublikası Xəbər Agentliyinin baş direktorunun Bakıda səfərdə olduğu vaxt açılışı olub.

5 Persons

Sizin rəyiniz

You are replying to: .