İRNA-nın məlumatına görə, XİN-nin mətbuat katibi Nasir Kənani bazar günü deyib: “Bu gün terrorçuların növbəti cinayəti qonşu və qardaş Pakistanda bir çox ailələri kədərləndirdi. İran İslam Respublikası özünü Pakistan İslam Respublikasının yanında görür, bu terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralılar üçün Allahdan sağlıq diləyir.”
Publish Date: 30 iyul 2023 - 21:12
Tehran – İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəcaurda İslam Alimlər Cəmiyyətinin toplantısında baş vermiş terror aktının ardınca İran hökuməti və xalqının başsağlığını Pakistan hökuməti və xalqına çatdırıb, Pakistan vətəndaşlarının həlak olması və yaralanması ilə nəticələnən bu terror aktını qətiyyətlə pisləyib.