Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə tərəfinə xoş qonaqpərvərliyə görə təşəkkür edərək dedi: İran və Səudiyyə Ərəbistanı dünyanın və Qərbi Asiyanın iki mühüm ölkəsidir və xoşbəxtlikdən iki ölkə arasında əlaqələr düzgün istiqamətdə inkişaf edir.
O qeyd etdi: Tərəflər bütün sahələrdə əməkdaşlıqlarını genişləndirmək əzmindədirlər və bu xüsusda biz Tehran və Ər-Riyadın qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün ciddiliyini vurğuladıq.
Ölkəmizin diplomatiya rəhbəri sözünə davam edərək dedi: Biz iki tərəf arasında iqtisadi, ticarət və təhlükəsizlik sahələrində mövcud sazişlərin həyata keçirilməsində həmfikirik və lazımi dəyərləndirmələrin aparılması üçün ölkələr arasında gələcək əməkdaşlığın inkişafına kömək edəcək digər əsas sənəd və kontekslər iki ölkənin səfirliklərinə təqdim ediləcək.
Əmir Abdullahiyan vurğuladı: Biz ixtisaslaşdırılmış komissiyalar əsasında əlaqələrin dəyərləndirilməsi və inkişafı üçün çərçivəni nəzərdən keçirmək barədə razılaşdıq.
Ölkəmizin yüksək səviyyəli diplomatı bildirib: Region ölkələrinin rəsmiləri ilə əvvəlki danışıqların davamında Bin Fərhanla regional dialoq ideyasını irəli sürdüm. Biz ekoloji problemlər və xilasetmə əməliyyatları ilə bağlı regionda əməkdaşlığımızı genişləndirəcəyimizə inanırıq.
O, görüş yerimizin “Qüds Zalı” adlandırıldığına sevindiyini bildirib və deyib: Biz Fələstinə dəstəyimizi davam etdirəcəyik.
Şübhə yoxdur ki, sionistlər bölgəni parçalamağa və işğal etməyə davam edəcəklər. Biz sionist rejimin hərəkətlərini agahlıq və sayıqlıqla izləyirik.
O, Kral Salmanın Ayətullah Rəisini Səudiyyə Ərəbistanına səfər etmək üçün rəsmi dəvət etməsinə toxunaraq dedi: Ayətullah Rəisi dəvəti qəbul edib və münasib vaxtda Səudiyyə Ərəbistanına səfər edəcək.
Səudiyyə Ərəbistanının diplomatik xidmətinin rəhbəri də Əmir Abdullahiyan ilə görüşünü ikitərəfli münasibətlərin müxtəlif aspektlərdə inkişafı və regionun təhlükəsizliyi üçün keçmiş səylərə uyğun olduğunu hesab edib və iki ölkə arasında razılaşmanın əldə olunması üçün sədaqətli iradə və ciddi əzmkarlıq olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib: İki ölkənin nümayəndələri qarşılıqlı əlaqələrin inkişafı və regional sabitliyin möhkəmlənməsini nəzərə alaraq, öz işlərinə başladılar. Səfirlərimizin iki ölkədə fəaliyyətə başlaması, iki ölkə arasında yeni əlaqələrin qurulması istiqamətində olacaq.
Səudiyyə Ərəbistanının yüksək səviyyəli diplomatı bildirib: Görüşdə təhlükəsizlik və iqtisadi sahədə əvvəlki razılaşmaların dəyərləndirilməsi vurğulandı və biz iki ölkə arasında danışıqlar və məsləhətləşmələrin davam etdirilməsini istəyirik.
O, ikitərəfli münasibətlərin inkişafı və regional sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlik və iqtisadi sahədə əvvəlki razılaşmaların davam etdirildiyini vurğuladı və bu sahədə məsləhətləşmələrin davam etdiriləcəyini qeyd etdi.