“Armena Press”-in məlumatına görə, bazar ertəsi yayılan bəyanatda Qarabağ rəsmiləri bildiriblər ki, Bakının ittihamları uydurmadır və həqiqətə uyğun deyil. Bundan başqa, Füzuli-Bakı hava marşrutu Dağlıq Qarabağın hava məkanından kənardadır.
Azərbaycan şənbə günü bildirib ki, Ermənistan təcili yardım maşınlarından istifadə etməklə Qarabağ bölgəsində qeyri-qanuni hərbi yükdaşımalar həyata keçirir.
Azərbaycan MN-nin bu haqda yaydığı məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri təcili tibbi yardım maşınlarından istifadə etməklə “Xankəndi” yolunda döyüş mövqelərini möhkəmləndirir.
Həmçinin qeyd olunur ki, Ermənistan hərbi texnika ötürməklə Azərbaycanın hava məkanından keçən mülki təyyarələrin uçuş təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Madafiə Nazirliyinin bəyanatında vurğulanır: “Avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.”
“Dağlıq Qarabağ”ın müdafiə nazirliyi bəyan edib ki, Azərbaycan Respublikası bu cür yalan bəyanatlar yaymaqla dünya ictimaiyyətinin diqqətini “Laçın” yolunun qanunsuz blokadası nəticəsində daha da ağırlaşan humanitar fəlakətdən yayındırmaq istəyir.
Cənubi Qafqazda yerləşən bu iki ölkə hələ də uzunmüddətli sülhə nail ola bilməyib. Rusiyanın və bir sıra digər ölkələrin vasitəçiliyi ilə aparılan diplomatik səylər hələ də nəzərəçarpacaq nəticələr əldə etməyib. Bu iki ölkə indiyədək iki dəfə müharibəyə girib, xüsusilə ikinci Qarabağ müharibəsində hər iki tərəfdən çoxlu sayda mülki vətəndaş həlak olub. Müharibədən sonra Azərbaycan ilə Ermənistan arasında qalan ən mühüm problemlərdən biri Azərbaycanın bağladığı və ya sərt keçid məntəqələri tətbiq etdiyi Laçın dəhlizidir. Bu mühüm dəhliz Qarabağ bölgəsini Ermənistanla birləşdirir.