İRNA müxbirinin verdiyi məlumata görə, Məncurul Kərim Xan Çovdari çərşənbə günü Şeyx Səfiyəddin Ərdəbilinin tarixi və beynəlxalq kompleksini ziyarət edərkən deyib: “Bu kompleks bədii zərifliklə doludur və bu kompleksi ziyarət etmək çox əla bir təcrübə idi.
Doğrudan da, Ərdəbilə gəlib bu kompleksi ziyarət edə bildiyim üçün çox yaxşı hislər keçirirəm. Öz həmvətənlərimi dəvət edəcəyəm ki, Ərdəbilə səyahət etdikdə mütləq bu kompleksi də ziyarət etsinlər.”Ərdəbilin qonaqpərvərliyindən razı qalan Banqladeş səfiri deyib ki, Ərdəbilin qonaqpərvər səlahiyyətliləri və insanları var. Ərdəbilə iki günlük səfərimiz zamanı çox yaxşı gözəl günlər təcrübə etdik. Ərdəbillilər üçün ən yaxşısını arzulayıram.
İRNA-nın məlumatına görə, Ərdəbilin bu il İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm paytaxtı kimi təqdim etdiyi “Ərdəbil 2023 Tədbirləri”ndən sonra vətəndaşların və xarici turistlərin bu əyalətə səfərləri artıb.
Şeyx Səfiyəddin Ərdəbili Türbəsi Ərdəbilin və İranın ən mühüm tarixi abidələrindən biridir. Türbə memarlıq və kaşı işləri baxımından hicri-qəməri 8-ci əsrin və ondan sonrakı illərin şah əsərlərindən sayılır və Şeyx Səfi hicri 735-ci ildə vəfat etdikdən sonra onun oğlu Sədrəddin Musa tərəfindən təsis edilmişdir, Şah Abbas bu kompleksə mühüm tikililər əlavə etmiş və burada islahatlar aparmışdır.