İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi BRİKS-in 15-ci sammitində iştirak etmək məqsədi ilə intensiv iş səfərindən sonra Tehrana dönərkən bu səfərin nailiyyətlərini açıqlayaraq deyib: “BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrikaya səfər mühüm səfər idi. Çünki BRİKS dünyada iqtisadi və ticari əməkdaşlıqda böyük rol oynayan qlobal alyanslardan biridir. BRİKS-in Şimali Afrika, Cənubi Afrika, Asiya və Latın Amerikasında əhəmiyyətli üzvləri var.”
Prezident BRİKS və Şanxay kimi qlobal ittifaqların təktərəfliliyə qarşı olduğunu və xalqların işlərinin tərəqqisinə çalışdığını vurğulayaraq deyib: “BRİKS ilə əlaqələr ötən il bu qrupun toplantısında video-konfrans şəkildə iştirak etməklə başladı və İranın üzvlük tələbi qaldırıldı, bununla bağlı xarici işlər naziri Cənubi Afrikaya səfər etdi.
Bundan sonra Ali Təhlükəsizlik Şurasının katibi Milli Təhlükəsizlik Katiblərinin iclasında iştirak etdi və BRİKS liderləri vasitəsilə izləmə aparıldı.”
İranın geosiyasətinin və regionun müxtəlif sahələrində fəal çalışmağının əhəmiyyəti və mövqeyinin heç kimdən gizli olmadığını bildirən Prezident qeyd edib ki, İranın üzvlüyü üzv ölkələrin konsensusu ilə qəbul edilib və bunun üçün tez izlənən mexanizmlər lazımdır.