İslamabad - İRNA - İslamabadın Ali Məhkəməsi hazırda həbsdə olan Pakistanın devrilmiş baş naziri İmran Xanın ərizəsinə baxılarkən onun həbs cəzasını təxirə salıb və Xanın azadlığa buraxılması barədə qərar çıxarıb.

İRNA-nın çərşənbə axşamı Pakistan mətbuatına istinadla yaydığı xəbərə görə, İslamabadın Baş hakimi İmran Xanın həbsinin dayandırılmasına dair hökm çıxarıb və onun mühakiməsinin ölkə qanunlarına zidd olduğunu bildirib.
Baş hakim polisə və Pakistan Federal Təhqiqat Agentliyinə Pakistanın keçmiş baş nazirinə qarşı korrupsiya işi üzrə yeni araşdırmalar aparmağı və nəticələri məhkəməyə təqdim etməyi tapşırıb.

Bu il avqustun 5-də Pakistanın keçmiş baş naziri antikorrupsiya məhkəməsi tərəfindən korrupsiya və mənimsəmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edildi. Bundan sonra İmran Xan Lahur şəhərində polis tərəfindən həbs edilərək İslamabaddan 50 km aralıda yerləşən Atak həbsxanasına köçürüldü.