İRNA-nın çərşənbə günü verdiyi xəbərə görə, bu ingilis mediası əlavə edib: Sərvətlərlə zəngin ölkə olan Azərbaycan Respublikası məharətli diplomatiyanı və təsirini birləşdirərək illərdir özünü etibarlı tərəfdaş və Böyük Britaniya və Avropa İttifaqı üçün mühüm nəqliyyat mərkəzi kimi göstərib.
Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağa hərbi hücum başlatmaqla, bölgədə humanitar fəlakətə və insanların məntəqədən qaçmasına səbəb oldu və bu, Avropa İttifaqı və ABŞ-ın qəzəbinə səbəb oldu.
“The Guardian” adının açıqlanmasını istəməyən Bakıdakı yüksək səlahiyyətli Qərb diplomatına istinadən yazır: “Bu böhranın və nəticəsində yaranan insan iztirablarının qarşısı alına bilərdi və alınmalı idi. Azərbaycanla münasibətləri həmişəki kimi davam etdirmək bizim üçün daha çətin olacaq.
Hesabatda deyilib: Ötən həftə Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı rəsmi Bakını “məcburi gücə əl atmaqdan çəkinmək zəmanətlərini pozmaqda və beləliklə, çətin vəziyyətə düşmüş əhaliyə şiddətli ağrı və əzab verməkdə” ittiham etdi. Fransa prezidenti Emmanuel Makron da Azərbaycan rəsmilərini “nəzarətsiz” adlandırıb.
Carnegie Europe analitik mərkəzinin baş eksperti Tomas de Vaal bu barədə deyib: Qərb rəsmiləri hesab edir ki, regiona göndərilmiş iki min rus sülhməramlısının fəaliyyətsizliyi Moskva ilə Bakı arasında yan razılaşma əldə olunduğunu göstərir. Bu iki ölkə münaqişələrdə Ermənistanın Baş naziri Nikol Paşinyanı günahlandırır və səbəb kimi onun Qərbə yönəlməsini göstərirlər.
Bu analitik iddia edib: Qarabağ münaqişəsinin həlli üçün uzun müddətli səylərə baxmayaraq, Qərb marjinallaşdırılıb. Azərbaycan uzun müddətdir ki, öz dəyərini Qərbə göstərməkdə peşəkarlaşıb. Amma deyəsən, indi rəsmi Bakının əhəmiyyətinə və etibarlılığına yenidən baxılır.
The Guardian yazıb: Son Dağlıq Qarabağ münaqişəsindən öncə, Azərbaycanın insan haqları ilə bağlı vəziyyətinin pis olmasına və 2020-ci il Dağlıq Qarabağ müharibəsində ölkənin zorakılığına dair güclü dəlillərə baxmayaraq, Avropa sanki Bakı ilə daha sıx əlaqələr qurmaq istəyirdi.
The Guardian təhlilinin davamında yazıb: Ötən həftəki hərbi əməliyyatdan sonra, Azərbaycan Qərbin maraqlı tərəfləri arasında ölkə haqqında öz povestini təbliğ etməyə davam edib. Bakıda yerləşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Londonun Mayfair rayonunda Azərbaycanın “Avropanı Mərkəzi Asiya ilə birləşdirə biləcək mühüm quru körpüsü” və “Avropada enerji təhlükəsizliyi” roluna dair dəyirmi masa keçirib.
2022-ci ildə Azərbaycan Avropa İttifaqının ümumi qaz idxalının cəmi 3٪ ni, Moskva isə Avropa qitəsinin qaz tələbatının 15٪ ni təmin edib.
Guardian yazır ki, bəzi Qərb rəsmiləri Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarından sonra ona qarşı sanksiyalar tətbiq etməyi düşünürlər.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid MakAlsiter deyib: Avropa İttifaqı Qarabağ ermənilərini köçürmək cəhdləri halında, bu hərəkətinin ciddi nəticələrini düşünməlidir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer də Ermənistanın sərhədyanı “Gorus” şəhərinə səfəri zamanı sanksiyaların mümkünlüyünü xatırladıb və Azərbaycanın son hücumunun mümkün nəticələri ilə bağlı suala cavabında bildirib ki; “müxtəlif variantlar nəzərdən keçirilir”.
Amerika Xarici Siyasət Tədqiqat İnstitutunun eksperti Maks Hess deyib: Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas rol oynaması fikri bəzi Qərb dövlətlərinin müdaxiləsinə mane olan başqa bir bəhanədir. Bölgədə gələcək münaqişələrin və evsizliyin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin müdaxiləsi vacibdir.
Beynəlxalq ictimaiyyət enerji təhlükəsizliyi mifinin arxasında gizlənməyi dərhal dayandırmalı və gələcək münaqişələrin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.