İRNA-nın məlumatına görə, bu görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi və ticari sahələrdə inkişafı və dərinləşdirilməsi, üçtərəfli və altıtərəfli formatlarda regional əməkdaşlıq məsələləri əsas müzakirə istiqamətlərindən biri olub.
Həmçinin, bu uzun və səmimi görüşdə hər iki tərəf Qafqaz regionunda baş verən son hadisələri müzakirə edib və regiondankənar ölkələrin region məsələlərinə müdaxiləsini rədd ediblər.