Tehran - İRNA - Türkiyə Prezidenti deyib: “Qəzzaya hücumun qurbanlarının əksəriyyəti uşaqlardır və biz İsrailin uşaqları qətliam etməsinə biganə qala bilmərik.”

İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib: “7 oktyabrdan İsrail tarixin ən qəddar hücumunu başlayıb və bu müharibənin qurbanlarının çoxu uşaqlardır.”

O deyib: “HƏMAS terror təşkilatı deyil, xalqını və torpağını xilas etmək üçün mübarizə aparan azadlıq hərəkatıdır.”

Ərdoğan əlavə edib: “Bəzi tərəflər Ukraynadakı müharibəyə görə qiyamət qoparsalar da, Qəzzaya göz yumublar.”

“İsrail günahsız insanları öldürməyə davam etdikcə təhlükəsizlik və sülh görməyəcək”- deyə vurğulayan Türkiyə Prezidenti deyib: “İslam ölkələri sülh və atəşkəsə zəmin yaratmaq üçün koordinasiyalı şəkildə hərəkət etməlidirlər.”

O bildirib ki, biz dünyanın təhlükəsizliyini Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları ilə bağlamamalıyıq. Dünyaya hakim olan indiki sistem Qəzzada uşaq və qadınların öldürülməsindən danışmağı qəbul etmir, zəif düşmüş xalqları və insanları hörmətə layiq görmür.