Ukrayna
-
NATO baş katibi Putinin Ukraynadakı müharibə ilə bağlı açıqlamasına reaksiya verib
Tehran - İRNA - Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhün bərqərar olması vaxtı ilə bağlı bəyanatına reaksiya verib və əvvəlki mövqelərini təkrarlayaraq deyib: Avropada Rusiya təhlükəsi təkcə Ukrayna ilə bitməyə bilər.
-
Azərbaycan Qəzzada atəşkəsi dəstəkləyir
Tehran - İRNA - BMT Baş Assambleyası Qəzzada təcili humanitar atəşkəs tələb edən Ərəb-İslam qətnaməsini 153 lehinə səslə təsdiqləyib.
-
İslam İnqilabının Ali Rəhbəri: Amerika və Qərbin zorakılığına qarşı qlobal koalisiya yaradılmalıdır
Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün axşam saatlarında Kuba prezidenti Migel Dias-Kanel və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki ölkənin böyük siyasi və iqtisadi imkanlarına toxunub və Fələstin məsələsindən söz açaraq deyib: “Fələstin məsələsi təkcə Qəzzadakı son məsələlər və bombardmanlarla bağlı deyil, çünki Fələstin xalqı son 75 il ərzində hər cür işgəncələrə, əzablara və qırğınlara məruz qalıb, amma indi Qəzzada faciə o qədər böyükdür ki, həqiqət dünyanın ictimai rəyi üçün üzə çıxıb və bunu gizlətmək mümkün deyil.”
-
Kənani: İran və Türkiyə arasındakı danışıqlar regional proseslərlə bağlı idi
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (27 noyabr) keçirdiyi mətbuat konfransında Qəzzada digər ölkələrin əsirlərinin mübadiləsi ilə bağlı İran və Türkiyə arasındakı əməkdaşlıqla bağlı deyib: Əvvəlcə də bildirmişdim ki, bəzi ölkələrin, o cümlədən Tailandın istəyi və İran və Tailand xarici işlər nazirləri arasında Dohada keçirilən danışıqlarda və mövcud olan digər istəklər əsasında bu məsələ İran tərəfindən həyata keçirilib.
-
Almaniya və Amerika Zelenskiyə Rusiya ilə sülh danışıqlarına razılıq verməsi üçün təzyiq göstərir
Tehran - İRNA - Almaniya hökumətinin məlumatlı mənbələri bildiriblər ki, Berlin və Vaşinqton Ukrayna prezidenti Vlodimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarına razılıq verməsi üçün silah tədarükünü azaltmaqla təzyiq edirlər.
-
Əmir Abdullahian: Yaxın Şərq bizim bölgəmizdir – Bizim evimizin asayişini təmin etməkdə heç kimlə kompilimentimiz yoxdur
Ankara - İRNA - Xarici İşlər naziri Qəzzada dərhal atəşkəsə çağırıb və deyib: "Düşməni ağır nəticələr gözləyir". Bura, bizim bölgəmiz və evimizdir, bölgənin və evin təhlükəsizliyini təmin etməkdə heç bir tərəfə güzəştə getmirik.
-
Sionist rejimin Türkiyə ilə əlaqələrə baxışı; Təl-Əviv Ankaradakı diplomatlarını çağırıb
Tehran - İRNA - Sionist rejim olan İsrailin xarici işlər naziri Eli Koen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü açıqlamalarına və ölkənin Qəzza müharibəsinə qarşı mövqeyinə cavab olaraq, “İsrail Türkiyə ilə münasibətləri nəzərdən keçirəcək” deyib.
-
Ərdoğan: HƏMAS terror təşkilatı deyil - Qəzzada uşaqların qətliamına biganə qala bilmərik
Tehran - İRNA - Türkiyə Prezidenti deyib: “Qəzzaya hücumun qurbanlarının əksəriyyəti uşaqlardır və biz İsrailin uşaqları qətliam etməsinə biganə qala bilmərik.”
-
Zelenski və Əliyev milli suverenliyi qoruyub saxlamağın vacibliyini vurğulayıblar
Tehran – İRNA – Ukrayna və Azərbaycan Respublikası prezidentləri çərşənbə günü axşam telefon danışığında iki ölkənin milli suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.
-
Rəisi: Biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün vasitəçilik ardıncayıq
Tehran - İRNA - Prezident Rusiyanın RT kanalına müsahibəsində deyib: “Ukrayna ilə Rusiya arasındakı müharibəyə gəlincə, biz hesab edirik ki, bu müharibəyə mümkün qədər tez son qoyulmalıdır.”
-
İran xalqına qarşı güc dilindən istifadə etmək təsirli vasitə deyil - Tehran heç vaxt danışıqları tərk etməyib
Tehran - İRNA - Prezident Ayətullah Seyid İbrahim Rəisi deyib: “Amerika indiyə qədər başa düşmüş olmalıdır ki, İran xalqına qarşı sanksiyalar və ya təhdid şəklində güc dilindən istifadə etmək təsirli bir vasitə deyil. Təbii ki, bizim qərarımız əməllərə əsaslanır. Etimadımızı qazana biləcək mövzu bu zorakı davranışı dəyişdirmək və öhdəliklər əsasında hərəkət etməkdir. Halbuki, Amerika indiyədək bu sahədə uğur qazana bilməyib.”
-
İran Prezidenti NBC ilə müsahibəsində: Amerika düşmənçilik hərəkətlərindən əl çəkməlidir
Tehran - İRNA - Prezident sərbəst buraxılan valyuta ehtiyatlarının istifadəsi ilə bağlı qərarın İran hökumətinin səlahiyyətində olduğunu bildirərək deyib: “Bu pul xalqa və İslam Respublikasına məxsusdur. Təbii ki, mövcud ehtiyaclara uyğun istifadə olunacaq.”
-
Əmir Abdullahiyan Daşkəndlə dostluq əlaqələrinin vacibliyini vurğulayıb
Tehran – İRNA - Xarici İşlər naziri Daşkəndlə dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, İran və Özbəkistan prezidentlərinin münasibətləri inkişaf etdirmək istəyinə diqqət etməklə, mövcud imkanlardan istifadənin zəruriliyini bildirib.
-
Bu ilin ilk 5 ayında 110 milyon dollarlıq püstə ixrac olub - Rusiya ixracatın ilk istiqaməti
Tehran - İRNA - Bu ilin ilk beş ayında 44 ölkəyə 110 milyon dollar dəyərində 16 min tona yaxın püstə ixrac edilib ki, bunun da 23 faizi Rusiyaya göndərilib.
-
Ərdoğan gələn həftə Putinlə görüşəcək; taxıl dəhlizi danışıqların əsas mövzusudur
Tehran - İRNA - Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında gələn həftənin bazar ertəsi keçiriləcək görüş planını açıqlayıb.
-
Ryabkov: İranla münasibətlərimiz Amerikanın təzyiqinə təslim olmayacaq
Tehran - İRNA - Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tehran və Moskva arasında hərbi əməkdaşlığa görə Vaşinqtonun İrana təzyiqi ilə bağlı fərziyyələrin yayılmasından sonra deyib: “İranla əməkdaşlığımız davam edəcək və Amerikanın geosiyasi təzyiqinə təslim olmayacaq.”
-
Lavrov: İran və yeni üzvlərin potensialı ilə BRİKS-in imkanları artacaq
Tehran – İRNA - Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BRİKS sammiti çərçivəsində İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin qoşulması ilə bu iqtisadi blokun potensial və imkanlarının artacağını bildirib.
-
Aİ Şurası Bakıya Laçın blokadasını aradan qaldırmağı tövsiyə edib
Tehran - İRNA - Avropa Şurasının sədri Azərbaycan hakimiyyətini mühüm Laçın marşrutunun bağlamasına son qoymağa və mövcud problemləri Ermənistanla dialoq yolu ilə həll etməyə çağırıb.
-
Putin: BRİKS ədalətli dünya sistemi istəyir - Beynəlxalq səviyyədə etibarlı qrup
Tehran - İRNA - Bu gün Cənubi Afrikanın iqtisadi paytaxtı Yohannesburqda keçirilən BRİKS iclasının ikinci gününün açılışında sammitə videokonfrans formatında qatılmış Rusiya Prezidenti deyib: “BRİKS beynəlxalq səviyyədə etibarlı qrup olduğunu sübuta yetirmişdir.”
-
Əmir Abdullahiyan: Agentliklə əməkdaşlıqda düzgün yoldayıq – İrana sanksiya tətbiq etmək Avropanın xeyrinə deyil
Tehran – İRNA – Xarici işlər naziri Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə telefon danışığında bildirib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) əməkdaşlıqda düzgün yoldadır və İrana qarşı səmərəsiz sanksiya siyasətinin davam etdirilməsi Avropanın xeyrinə deyil.
-
Ərəbistanda Ukrayna böhranı ilə bağlı iclas başlayıb
Tehran - İRNA - Ukrayna böhranı ilə bağlı iki günlük iclas şənbə günü Səudiyyə Ərəbistanında milli təhlükəsizlik müşavirləri və dünyanın bir sıra ölkələrinin nümayəndələrinin iştirakı ilə başlayıb. İclasda Rusiyanın təmsilçisi iştirak etmir.