4 dekabr 2023 at 21:15
Jurnalist kodu: 5487
Xəbər kodu: 85312094
T T
0 Persons

Tags

İslam İnqilabının Ali Rəhbəri: Amerika və Qərbin zorakılığına qarşı qlobal koalisiya yaradılmalıdır

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün axşam saatlarında Kuba prezidenti Migel Dias-Kanel və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki ölkənin böyük siyasi və iqtisadi imkanlarına toxunub və Fələstin məsələsindən söz açaraq deyib: “Fələstin məsələsi təkcə Qəzzadakı son məsələlər və bombardmanlarla bağlı deyil, çünki Fələstin xalqı son 75 il ərzində hər cür işgəncələrə, əzablara və qırğınlara məruz qalıb, amma indi Qəzzada faciə o qədər böyükdür ki, həqiqət dünyanın ictimai rəyi üçün üzə çıxıb və bunu gizlətmək mümkün deyil.”

Ali Məqamlı Rəhbər sonra “inqilabi dürüstlük”, “inqilabi müqavimət” və “inqilabi ciddilik” kimi üç mövzunu Kuba inqilabı və İran İslam inqilabının ortaq xüsusiyyəti adlandırıb.

Prezident Rəisinin də iştirak etdiyi bu görüşdə, Kuba Prezidenti cənab Migel Dias-Kanel İslam İnqilabının Ali Rəhbəri ilə görüşdən məmnunluğunu ifadə edib, iki ölkənin müxtəlif sahələrdə, xüsusən də ABŞ və müttəfiqlərinin müdaxiləçi hərəkətləri və sanksiyaları ilə bağlı bir-birini tamamlaya biləcəyini vurğulayaraq deyib: “İran və Kuba həmçinin beynəlxalq əməkdaşlıqda əlaqələrini daha da artıra bilər və Fələstin kimi mühüm qlobal məsələlərdə təsirli rol oynaya bilər.”

Migel Dias-Kanel Fələstin və Qəzza hadisələri ilə bağlı deyib: “Bu gün Qəzzada baş verənlər qəbuledilməz soyqırımdır, beynəlxalq təşkilatlar isə Qəzzada üçdə ikisi uşaq və qadın olan on minlərlə insanın öldürülməsinə göz yumublar. Qəribədir ki, Ukrayna ilə Rusiya arasında gedən müharibədən, dinc əhalinin öldürülməsindən davamlı şikayət edənlər indi Qəzzada on minlərlə insanın öldürülməsinə susurlar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .