23 avqust 2023 at 15:48
Jurnalist kodu: 5487
Xəbər kodu: 85208228
T T
0 Persons

Tags

Putin: BRİKS ədalətli dünya sistemi istəyir - Beynəlxalq səviyyədə etibarlı qrup

Tehran - İRNA - Bu gün Cənubi Afrikanın iqtisadi paytaxtı Yohannesburqda keçirilən BRİKS iclasının ikinci gününün açılışında sammitə videokonfrans formatında qatılmış Rusiya Prezidenti deyib: “BRİKS beynəlxalq səviyyədə etibarlı qrup olduğunu sübuta yetirmişdir.”

İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Vladimir Putin əlavə edib: “Qruplar razılaşma və bərabərlik əsasında fəaliyyət göstərirlər. BRİKS qrupu beynəlxalq qanunlara və beynəlxalq xartiyaya əsaslanan ədalətli dünya sistemi, o cümlədən bütün xalqların öz müqəddəratını təyin etmək, gələcəklərini, genişlənmə və inkişaf yolunu müəyyən etmək hüququna malik olmasını istəyir, amma bəzi ölkələr yeni müstəmləkəçilik siyasəti və ideyaları tətbiq etmək ardıncadır.”

V. Putin daha sonra deyib: “Dünyada müstəmləkəçiliyi davam etdirməyə çalışmaq Ukraynada böhrana səbəb olmuşdur. Ukraynadakı missiyamızın məqsədi Qərbin Donbass xalqına qarşı apardığı müharibəyə son qoymaqdır.”

Rusiya Prezidenti qeyd edib ki, BRİKS-ə qarşıdakı sədrliyimiz zamanı biz bu qrupun inkişafı ilə bağlı qətnamələrin həyata keçirilməsini asanlaşdırmağa çalışacağıq. Həmçinin gələcək sədrliyimiz dövründə terrorla mübarizə üzərində çalışacağıq.

“Biz BRİKS-də yerli valyutaların istifadəsini inkişaf etdirməyə çalışacağıq”-deyə, Putin bildirib.

Dünən, avqustun 22-də Cənubi Afrikada BRİKS liderlərinin 15-ci görüşü başlayıb.

Görüşdə İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin də iştirakı gözlənilir.

Sizin rəyiniz

You are replying to: .