İRNA-nın məlumatına görə, BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş Ayətullah Rəisi yerli vaxtla bazar ertəsi axşam saatlarında Amerikanın xarici siyasət mütəfəkkirlərindən bir qrupu ilə görüşüb və fikir mübadiləsi aparıb.
Ayətullah Rəisi bu görüşdə nüvə anlaşması və İran-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı suala cavab olaraq, İran İslam Respublikasının öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq, ABŞ hökumətinin JCPOA-nı pozmasının tarixini sadalayaraq deyib: “Amerikada hökumətin dəyişməsi və yeni hökumətin öz öhdəliklərinə qayıtmağa hazır olduğunu elan etməsi ilə İran İslam Respublikası da yaxşı bir razılaşma üçün hazır olduğunu elan etdi və müzakirələri ciddi şəkildə izlədi, lakin bir müddət sonra digər tərəflərin öz öhdəliklərinə sadiq olmadıqları məlum oldu.”
Prezident amerikalıların iğtişaşlarda səhv hesablamalarına toxunaraq deyib: “Amerika hökuməti üzdə özünü iranlı kimi göstərən muzdlu ünsürlərin yanlış məsləhətləri, eləcə də casus xidmətlərinin yanlış təxminləri səbəbindən danışıqlardan imtina edərək, iğtişaşların nəticələrinə ümid bağladı. Halbuki, bu gün İran İslam Respublikası bir iri gövdəli ağacdır ki, bu impulsların onun sabitliyinə heç bir təsiri yoxdur.”
Ayətullah Rəisi İran xalqının birləşmiş müharibəyə qarşı qələbəsini Müqəddəs Müdafiədə qələbə və eyni zamanda amansız sanksiyaların aradan qaldırılması kimi hər cür keçmiş düşmənçiliklərə qarşı milli qələbələrin davamı adlandıraraq deyib: “İran xalqının bədxahları Suriya modelini İranda təkrarlamaq ardınca idilər, lakin yanıldılar, çünki onlar hələ İran xalqını və İslam İnqilabını tanımayıblar.”
Dövlət başçısı ABŞ-ın iğtişaşlar layihəsinin uğursuzluğundan sonra danışıqları bərpa etmək istəyinə toxunaraq qeyd edib ki, danışıqlar bəzi ölkələr vasitəsilə aparılıb və son vaxtlar həyata keçən məhbus mübadiləsi də onun nəticələrindən biri idi.
Ayətullah Rəisi Trampın şəhid Süleymaniyə qarşı terror cinayəti ilə bağlı suala cavab olaraq o cəsur generalı regionda terrorla mübarizənin komandanı və ona qarşı terroru isə terrorizmlə mübarizəyə qarşı terror adlandıraraq deyib: “Şəhid Süleymani terror və İŞİD-lə mübarizənin komandiri idi. Əgər o, İŞİD-i dayandırmasaydı, terror bütün Avropaya yayılacaqdı. Bunu da qeyd edim ki, Amerikada İŞİD-i Amerikanın yaratdığı açıq-aşkar şəkildə elan olundu.”
Prezident şəhid Süleymaninin terror edilməsini dövlət terrorizminin nümunəsi adlandırıb və bu dəhşətli cinayəti törədənlərin mühakimə olunacağını vurğulayıb.
Prezident İranda qadınların vəziyyəti ilə bağlı sualın cavabında qadınların müxtəlif elm və idman sahələrindəki uğurlarını, eləcə də siyasi, idarəçilik və sosial sektorlarda effektiv və təsirli iştirakını sadalayaraq, qərbin ötən ilki hadisələrdən sui-istifadə etməsini qadınları müdafiə bəhanəsi ilə hiyləgər pərdə adlandıraraq deyib: “Ötən il bir xanım qızın düçar olduğu hadisədə bütün tibbi araşdırmalar onun polis tərəfindən vurulmadığını göstərməsinə baxmayaraq, qərb və Amerika mediaları bu faktı əks etdirməyə hazır oldumu?”
Dövlət başçısı Ukraynadakı müharibə ilə bağlı suala da cavab verərək deyib: “Biz müharibənin əleyhinəyik və onu bitirmək üçün vasitəçilik etməyə hazır olduğumuzu elan etmişik. Amma Amerika xalqının vergiləri müharibə qızışdırmağa xərclənir və bu sahədə silah satılan yerdən silah zavodlarının ciblərini doldurmaq üçün istifadə olunur.”
Ayətullah Rəisi İrandan Rusiyaya silah verilməsi iddiasını həqiqətə uyğun olmayan hesab edərək deyib: “Amerika hökumətinə tövsiyəmiz odur ki, müharibədən və xalqlara qarşı embarqo qoymaqdan əl çəksin. Tarixi faktlar göstərir ki, Amerika son 250 ildə cəmi 20 il müharibədə olmayıb.”
Görüşün digər hissəsində Prezident İslam Respublikasının heç vaxt danışıqlar masasını tərk etmədiyini vurğulayıb və bunun səbəbini öz yanaşmaları və hərəkətləri üçün aydın və tutarlı məntiqinin olduğunu bildirərək deyib: “İranın Cənubi Koreyada azad etdiyi resurslar İranın haqqı idi və Amerika xalqımızın haqqını amansızcasına dondurduğu üçün cavab verməlidir.”
Ayətullah Rəisi deyib: “Amerika İran xalqına qarşı sanksiya və ya təhdid şəklində güc dilindən istifadənin təsirli bir vasitə olmadığını indiyə qədər başa düşmüş olmalıdır. Təbii ki, bizim qərarımız əməllərə əsaslanır. Etimadımızı qazana biləcək mövzu bu zorakı davranışı dəyişdirmək və öhdəliklər əsasında hərəkət etməkdir. Halbuki, Amerika indiyədək bu sahədə uğur qazana bilməyib.”
Sizin rəyiniz