23 sentyabr 2023 at 14:16
Jurnalist kodu: 5487
Xəbər kodu: 85236847
T T
0 Persons

Tags

Rəisi: Biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün vasitəçilik ardıncayıq

Tehran - İRNA - Prezident Rusiyanın RT kanalına müsahibəsində deyib: “Ukrayna ilə Rusiya arasındakı müharibəyə gəlincə, biz hesab edirik ki, bu müharibəyə mümkün qədər tez son qoyulmalıdır.”

Ayətullah Rəisi əlavə edib: “Ukrayna amerikalılar və avropalılar tərəfindən şiddətli şəkildə gücləndirilir və bu məsələ təbii olaraq Ukraynanı müharibəni davam etdirməyə sövq edir.”

Prezident “görək, bu müharibənin davam etdirilməsindən kim qazanacaq?” sualını ortaya qoyaraq deyib: “Ukrayna, ya Avropa və ya bu müharibənin davam etməli olduğunu iddia edənlər (mütləq bundan faydalanacaqlar).”

Rəisi vurğulayıb: “Biz bunun ardıncayıq ki, Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilək və müharibə bitsin.”Dövlət başçısı müsahibəsinin davamında deyib: “Bu gün Ukraynaya bütün imkanları ilə kömək edənlər müharibənin bitməsini deyil, bir növ onun davam etməsini istəyirlər.”

İran İslam Respublikası Prezidenti vurğulayıb: “İran bu günkü vəziyyətinə görə Qərb tərəfindən ittiham olunur və bu ittihamı davam etdirməyə çalışırlar. Biz bu ittihama müxtəlif yerlərdə cavab vermişik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .